reqemler

Rəqəmlər taleyin yazısıdır?

Baxış sayı: 350

Numerologiya alimləri insanların taleyinin doğum tarixindən asılı olduğu qənaətindədir. Alimlərin fikrincə, insanın doğum tarixini göstərən rəqəmlər düşərli-düşərsiz ola bilir. 

İnsanın bəxtinə düşən rəqəmlər həm də onun alın yazısıdır. İnsanın varlı və ya kasıb olması, hətta gələcəkdə hansı peşəyə, ixtisasa yiyələnəcəyi də doğulduğu tarixin hansı rəqəmlərə bağlı olmasından asılıdır. Numeroloqlar iddia edir ki, insan doğulduğu gün onun hansı peşənin sahibi olacağı da bilinir. Bu, insanın hansı rəqəmlər altında doğulduğuna bağlıdır. Yəni rəqəmlər insanın gələcək taleyini bildirir.

Numeroloqların rəqəmlərlə bağlı ehtimallarını təqdim edir. Numerologiya rəqəmlərin – sayların insan həyatı üzərindəki sirli təsirini öyrənən inanc sistemidir. Bu sistem rəqəmlərin insanların şəxsiyyəti, istedadları, zəif nöqtələri və ömürləri üzərində dərin təsirlərini ortaya qoyur. Numerologiyada hər bir rəqəm özünəməxsus enerji daşıyıcısıdır və insanın adı, doğum tarixi kimi məlumatlara dayanaraq yorumlar aparılır. Numeroloqlar rəqəmləri dünyəvi hesab edir və onları hər bir insanın həyat yolunu göstərən kompas hesab edirlər. İnsanın doğum tarixini bildirən rəqəmlər və adının hərflərinə uyğun gələn numeroloji dəyərlərə əsasən o insanın xarakterini, həyat amalını, ömür yolunu və hansı peşəyə sahib olacağı müəyyən edilir. Bəzi insanlar numerologiyaya inanır, həyatlarını, gələcəklərini, karyeralarını bu mülahizələr üzərində qurmağa çalışırlar. Lakin numerologiyanın elmi əsaslara dayanmadığını, subyektiv mülahizələrə əsaslandığını da yaddan çıxarmaq olmaz.

Reqemler

Numerologiyaya inanmaq fərdidir, insanın inancına bağlı məsələdir. Hər halda maraqlıdır, hansı rəqəmlər düşərli, hansılar düşərsizdir. Numeroloqlar doğum tarixi üzərindən mülahizə yürüdərkən bu cür hesab aparır. Məsələn, bir insanın doğum tarixi təqvim ayının 23-dürsə, deməli, doğum sayı 2+3=5-dir. İnsanın taleyi doğum tarixi, ay və il olaraq hesablanır. Birisi 2000-ci il oktyabrın 23-də dünyaya gəlibsə, tale sayı 2+3+10+2+0+0+0=8-dir . Doğum tarixindəki bütün rəqəmlər – il, ay, tarix hamısı toplanır, toplamda hansı rəqəm alınırsa, o sayı təşkil edən rəqəmlərin daşıdığı mahiyyətə baxılır. 1 rəqəmi Günəş planeti tərəfindən idarə olunur. Bu rəqəm altında doğulanlar tibb, memarlıq, qəzetçilik, siyasət, şairlik – poeziya sahəsində uğur qazana bilər. Bu insanlardan yaxşı yoqa müəllimi də “çıxır”. 2 rəqəmi – sənətçi, yazıçılar, tərcüməçilər, elm adamlarına, istedadlı natiqlərə aiddir. 3 rəqəmi Yupiter tərəfindən idarə olunduğundan, bu rəqəm altında doğulanlar çox yaxşı məsləhətçi və müəllim olurlar. Riyaziyyatçılar, mühasiblər, elm adamları bu rəqəmlər altında doğulanlardır. 4 rəqəmi – astroloqlar, filosoflar, vəkilllər, psixoloqlar “yetişdirir”. Onlar kimyaçı, həkim, xəstəxana rəhbəri, yaxşı idarəçi, texniki işçi olur. Aralarından hətta sehirbaz və fala baxanlar da “çıxır”. 5 rəqəmi Merkurinin təsiri altındadır və bu insanlar riyaziyyat elmində öndədirlər, bankçılıq, maliyyə işləri, sığorta, səyahət məsləhətçisidirlər. 5 rəqəmi altında doğulanların varlı olmaq şansı böyükdür. 6 rəqəmi – Veneranındır. Bu insanlar daş-qaşa, zinət əşyalarına həvəslidirlər, rəsm, sənət əsərləri ilə daim maraqlanırlar. Və bu sahələrdə də müvəffəq olurlar. Ümumiyyətlə, göz oxşayan hər nə varsa, sevirlər. 7 rəqəmi – əsasən mənəviyyat adamlarına aiddir. 8 – Saturnun təsiri altındadır və bu rəqəm altında doğulanlar fizika, kimya, riyaziyyat və tibb sahələrində bacarıqlı olur. 9 isə qırmızı planet – Marsın təsirindədir. Bu insanlar istedadlı, bilikli cərrah, mühəndis, hərbi mütəxəssis, inşaat və əmlak işlərində uğur qazanırlar. Onlar həm də bacarıqlı hotel idarəçisi, şef-aşpaz və restoran sahibi ola bilər.

 

Məlahət Rzayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir