Ramide O

Ramidə Oktayqızı:”Ailələrdə hazırda bir sıra danışılması qadğan olan məsələlər var”

Baxış sayı: 1. 146

Son vaxtlar saytımıza oxucular tərəfindən psixoloji mövzuda xeyli sualların göndərilməsi “Oxucular soruşur” rubrikasında psixologiya üzrə fəlsəfə doktoru, “Orvita” Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru Ramidə Oktayqızı ilə söhbətləşməyimizi, oxuculaımızdan gələn sualları ünvanlamğımızı şərtləndirdi.

 

– Sizcə, ailə psixoloqu ailələrin qorunub-saxlanmasında nə dərəcədə önəmli rol oynayır?

İlk növbədə onu deyim ki, ailə psixoloqu kimi fəaliyyət göstərən mütəxəssisin yaşının 25-30 aralığından çox olması daha yaxşı olar. Ən azı ona görə ki, ailədə mövcud vəziyyət, yaranmış problemin təhlili və anlaşılmazlığın sonrakı nəticələrini düzgün analiz etmək və tərəflərə çatdırmaq psixoloq üçün əsas vəzifələrdəndir. Bütün bunlar üçün də müəyyən təcrübənin olması vacibdir. Məsələn, psixoloq ailənin funksiyasını bilməlidir ki, bunun avtoritet, avtoritar, demokratik, yoxsa liberal ailə olduğunu müəyyən edə bilsin. Ailədə valideynlərin xarakterləri öyrənilməli, bu ailəyə kənar müdaxilələrin olub-olmadığı aydınlaşıdırılmalı və bundan sonra nəticələrə uyğun iş aparılmalıdır. Burda ən önəmli məqam psixoloqun üçüncü tərəf kimi yox, mütəxəssis kimi işə yanaşmasıdır. Tərəfsiz olmaq və problemləri obyektiv təhlil etmək mümkün olduqda psixoloqun ailənin qorunub-saxlanmasındakı rolu böyük olur.

 

– Əksər hüquqşünaslar bildirir ki, hazırda məhkəmələrdə olan boşanma işlərinin böyük hissəsi xəyanətlə bağlıdır. Sizcə, həqiqətən belədirmi və belədisə, buna səbəb nədir?

Əslində boşanmaların böyük əksəriyyəti heç də xəyanətlə bağlı olmur. Məsələn, aildə istər kişi tərəfindən, istərsə də qadın tərəfindən fiziki və psixoloji şiddət olsa da və bu hal boşanmaya zəmin yaratsa da, məhkəmələrdə bu məqaam ailələr tərəfindən menatl dəyərlər səbəbindən gizli saxlanılır və səbəb kimi xəyanət göstərilir. Mental dəyərlərə görə heç kim ailədəki cinsi uyğunsuzluğu səbəb kimi göstərib ayrıla bilmir və ya bir qadının yaxşı ana və ya yaxşı gəlin olmadığını düşünən insan bunun məhkəmədə boşalnmaq üçün ciddi əsas kimi qəbul olunmayacağını zənn etdiyindən səbəb kimi xəyanəti göstərir. Hansı ki, əslində xəyanət də siqarət və ya spirtli içki kimi bir növ zərərli vərdişdir və bunu düzəltmək olar. Xəyanətə görə boşanmaq yox, onu aradan qaldırmağa cəhd etmək lazımdır.

 

– “Kişi evə qaçırsa, səbəbkar qadındır, kişi evdən qaçırsa, səbəbkar yenə qadındır”. Bütün məsuliyyəti qadının üzərinə yükləmək nə dərəcədə doğrudur?

– Hər bir ölkənin, eləcə də Azərbaycanın mental dəyərləri və ailədaxili qanunları var. Əslində həm kişi, həm də qadın ailənin formalaşmasında, fiziki və psixoloji çətinliklərin aradan qaldırılmasında, uşağın dünyaya gətirilməsi ilə bağlı ilkin düşüncələrin formalaşmasında eyni dərəcədə məsuliyyət daşıyır. Amma Azərbaycan ailələrində qadın yükü daha çox öz üzərinə götürür ki, bu da sonradan qadın haqda dediyiniz fikirlərin yaranmasını şərtlıəndirir. Düşünülür ki, qadın bütün ev işlərini görməli, övladların tərbiyəsi ilə məşğul olmalı, qohum-əqraba ilə sıx ünsiyyətdə olmalıdır və bütün bu hallar yerində olduqda kişi evə daha çox bağlı olur. Əks halda isə tam əksinə. Amma əslində kişini və ya qadını bu sadaladıqlarımız yox, sevgi, hörmət və s. bu kimi nüanslar evə cəlb etməlidir.

 Ramide Oktayqizi

– İnsanlar adətən hansı növ problemlərdən dolayı sizə müraciət edirlər?

Mən psixologiya üzrə fəlsəfə doktoru olaraq artıq 22 ildir ki, psixoloq kimi fəaliyyət göstərirəm. Zaman keçdikcə problemlər də dəyişir. 15 yaşdan yuxarı şəxslərlə işlədiyim üçün daha çox məşğul olduğum ailə münaqişələri, ailədə kişilər tərəfindən zorakılığa çəruz qalan qadınların psixoloji dəstəyi, eyni zamanda boşanmalar və bu halın uşaqlara vurduğu mənəvi zərərlər, eləcə də panik-atak. obsessiv komöulsiv pountular, həyəcan-təşviş pozuntusu, fobiyalar, ünsiyyət problemi, hərəkət və davranlşlarda olan pozuntular və s. bu kimi problemlər üzərində işləyirik. Bir məqamı da xüsusi vurğulamaq istəyərdim. Təəssüf ki, ailələrdə hazırda bir sıra danışılması qadğan olan məsələlər var. Ən geniş yayılanı da yeniyetmələrin cinsi təcavüzə məruz qalmasıdır. Kimsə atası, əmisi, dayısı, atalığı və ya əmisinin, dayısının, xalasının, bibisinin övladları və ya başqa hansısa yaxın qohumları tərəfindən təcavüzə məruz qalır, amma bunu yaxınlarına deməkdən çəkinir. Əfsuslar olsun ki, hətta oğlanlar da hazırda cinsi istismara məruz qalırlar.

 

– Bilirsiniz, bu gün əsas sosial problemlərdən biri boşanmalardır. Necə düşünürsünüz, münasibətlərdə ən çox hansı yanlışlara yol verilir?

– Ən başlıcası odur ki, evlənməyə qərar verən cütlüklər təkcə sevgi hissi ilə yox, məntiqlə qərar verilsin. Son illərdə ailə qurmağa hazırlaşan gənclərdən anlizlər götürülür və onların nikaha girməsinin nə qədər uğurlu olub olmaması müəyyən edilir. Bu yaxşı haldır, ancaq ailə qurmaq ərəfəsində olan gənclərlə psixoloji söhbətlərin olması, onların xarakterik xüsusiyyətlərinin öyrənilməsi, gələcəkdəki mümkün problemlər zamanı necə davranacaqlarının müəyyən olunması da yaxşı olardı. Çünki psixoloji yanaşma olarsa, cütlüklərin gələcəkdə problemləri daha rahat həll etməsinə indidən yardımçı ola bilərik. Ən böyük yanlışlardan biri evlənəcək gənclər üçün maddi məsələlərin ilk planda tutulmasıdır. Məsələn, düşünülür ki, mütləq oğlanın işi, maşını və ayrı evi olmaldır. Xanım üçün isə düşünülən nüans yaxşı cehizin mütləq olmasıdır. Həmçinin düşünülür ki, yeni ailə quran cütlüyə valideynlər tərəfindən maddi dəstək göstərilməlidir və bu halda gənc ailə daha xoşbəxt olacaq.

 

– Siz “Orvita” Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi və direktorusunuz, amma eyni zamanda sizin Autizm evi də fəaliyyət göstərir. Bu işin içində olan bir adam kimi necə düşünürsünüz, autizm probleminin geniş yayılması nəylə bağlıdır?

“Orvita” Psixoloji Reabilitasiya Mərkəzi artıq 5 ildir fəaliyyət göstərir. Mərkəzimizin tərkibində “Orvita” Autizm evi var ki, sözügedən mərkəz Azərbaycanın ilk yatılı autizm evidir və peşə yönümlüdür. Əsas üstünlüklərindən biri valideynlərin hansısa səfərə yollanarkən və ya hansısa işi olanda övladlarını rahatlıqla mərkəzimizə əmanət etməsidir. Autizm problemi bir çox səbəblərdən yaranır. Məsələn, ər-arvadın erkən nikaha daxil olması, qohum evliliyinin, genetik xəstəliyin olması, ananın virus daşıyıcısı olması və hamiləlik dönəmində stress keçirməsi və s. amillər bu problemin yaranmasına səbəb olur. Hansı ki, bu xəstəliyin səbəbləri hələ tam məlum deyil və bu problemi sadəcə psixoloji təlimlər və s. prosedurlarla minumuma endirmək olur.

 

– Autizm problemindən tam qurtulmaq mümkündürmü?

Təəssüf ki, bu problemlə üzləşən insanlar ömür boyu daşıyıcı olur. Yuxarıda dediyim kimi, bu problemi minumuma endirmək mümkündür. Bu tip insanlarda sosial münasibətləri, ünsiyyət bacarıqlarını formalaşdırmaq, davranışda yaranan problemləri aradan qaldırmaq, psixoloji təlimlərlə həyati aktivliyini bərpa etmək olur.

 

– Belə bir deyim var ki, dərzi öz söküyünü tikə bilməz. Siz psixoloq kimi bir çox insanın mənəvi məlhəmi olursunuz. Bəs özünüz? Yəni psixoloqun da psixoloqa ehtiyacı olduğu anlar olurmu?

Təbii ki, hər bir psixoloqun emosianal duyğuları, təlabatları var və bunların ödənilməsi çox vacibdir. Hər bir psixoloqun ildə ən azı 3-4 dəfə superviziya ehtiyacı olur ki, hər hansı hadisəni yaşayarkən yaranan çətinliyi aradan qaldıra bilsin. Amma ən əsas məqam odur ki, psixoloq özünü emosianal baxımdan qorumalıdır ki, hər hansı pasiyentin problemi onun həyatına təsir etməsin. Bu, psixoloqun etik kodeksinə daxildir, protokol qaydalarında da var ki, psixoloq məsələyə peşəsi yönündən baxmalıdır və emosialarını nəzarətdə saxlamağı bacarmalıdır.

 Ramide Oktayqizi 3

– Bu sahəyə gələndə ağlıma gəlməzdi ki… Lütfən, cümləni siz tamamlayın.

– Hələ bu ixtisas üzrə təhsil alanda ağlıma gəlməzdi ki, ixtisasımı, peşəmi bu qədər sevərəm, ona bu qədər bağlanaram. İnsanlara bu qədər faydalı olacağımı düşünmürdüm. İlk vaxtlar heç ağlıma gəlməzdi ki, bu işin fədaisi ola bilərəm, bu sahəyə dair kitab müəllifi olaram. Bəlkə də düşünməzdim ki, hansısa universitet müəlliminin mühazirəsini dinlədiyim otaqda özüm tələbələrə mühazirə deyərəm.

 

Hazərladı: İlahə Atəş




8 şərh “Ramidə Oktayqızı:”Ailələrdə hazırda bir sıra danışılması qadğan olan məsələlər var”

  1. Saleh Teymurov

    Ailə psixoloqu sahə olaraq Azərbaycanda yenidir. İnsanlar ailə ilə bağlı streotipləri hələ aşa bilməyiblər. Hələ də düşünürlər ki, ailəyə kənardan bir müdaxilə olmamalıdır.

    Cavabla
  2. Əşrəf Əlizadə

    Əhalinin boşanmaya baxışı ilə real boşanma səbəbi üst-üstə düşmür.

    Cavabla
  3. Lamiyə Qurbanlı

    Ailə həyatı quranların bir-birini kifayət qədər tanımamaları da nəticə etibarilə ayrılmalara gətirib çıxaran faktorlardan biridir. Ailə həyatı qurmaq istəyən cütlüklər ən azı 2-3 ay ərazində bir-birinin xarakterlərinə bələd olmalıdırlar.

    Cavabla
  4. Kəmalə Ağayeva

    Bu suallari oxucularin verdiyi rubrika ne gozel dudunulub. Bilseydim men de yazardim sual. Hec olmasa bura yazim cavab veriler belke. Autizm olan usqin derslerini yaxsi oxuyacaq qeder berpasi mumkundur?

    Cavabla
  5. Xalisə Behbudova

    Teessuf ki, ailelerde ele problemler var ki, artiq psixoloqlar da cetinlik cekir

    Cavabla
  6. Elman Azad

    Ailədə münasibətlər sisteminin düzgün olması da zəruridir. Əgər ailədə münasibətlər normal olarsa, o zaman, insanlar da cəmiyyətdə müəyyən mövqe tuta bilərlər. Tarazlıq pozularsa, həm problemi törədən, həm də yaranmış problemdən əziyyət çəkən insan (istər qadın, istər kişi, istərsə də uşaq olsun), cəmiyyətdə özünü təsdiq etmək üçün çətinliklərlə üzləşir. Məhz bu baxımdan qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onları iqtisadi asılılıqdan azad olmasına gətirib çıxarır. İqtisadi cəhətdən güclü olan qadın yoxsul və ya işsiz qadına nisbətdə daha az zorakılığa məruz qalır.

    Cavabla
  7. Ramida Oktayqızı

    Salam. Sualınız üçün təşəkkür təşəkkür edirəm. Autizm Spektr Pozuntusudur.
    Əgər erkən vaxtı aşkara çıxarılıb diaqnoz qoyulubsa, demık ki, daha yaxşı nəticələri ola bilər. Müasir yanaşmalar Autizm də inkişafın sürətlə getdiyini və cəmiyyətə inteqrasiya etdiyini sübut edir.
    Onlar pedaqoji olaraq çox üstün bacarıqlara sahib olurlar. Sadəcə düzgün diaqnoz və təlimlər can qurtarandır

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir