Fazile Camalova

Şagirdlər peşə seçimində nələrə diqqət etməlidirlər?

Baxış sayı: 1. 084

Şagirdlərə gələcək həyatlarını müəyyənləşdirmələrində önəmli və məsuliyyətli mərhələlərdən biri olan peşə seçimi prosesində yardım etmək və istiqamət vermək çox gərəklidir. Bu işin uğuru həm də, gənc nəslin sahib olduqları peşələrdə toplumun tələbatına uyğun olaraq daim özlərini inkişaf etdirərək cəmiyyətə faydalı insanlar kimi formalaşdırılmasıdır. Gənclərə peşə seçimi etməkdə dəstək olmaq, ailənin, müəllim və psixoloqunda dəstəyi olmalıdır. Təbiidir ki, bu işdə məktəb psixoloqları sadəce məktəblilərlə deyil, onların ailələri ilə də lazımi işlər aparmalıdır. Çünki ailə gənclərin peşəseçiminə böyük təsir göstərən önəmli bir mühitdir. Gənclərə hər hansı bir peşe seçiminə hazırlanmaqda, peşəyə sahib olmaq istəyən  şagird üçün uyğun peşələr müəyyənləşdirilməli, bu seçimlər ona təqdim edilməli və təhsilalan seçim etməlidir.

İnsan hər hansı bir fəaliyyət sahəsi üçün uyğun qabiliyyətlərə yiyələnməkdə gərəkli olan təbii imkanlarla doğulur. Bu təbii imkanlar mühitində onları işləməsi ilə qabiliyyətlərə çevrilir. Əgər mühit bu imkanları üzə çıxarıb gərəkli şəkildə işləməzsə, onda həmin imkanlar bir çox halda qabiliyyətə çevrilməz sadəcə “ölü imkanlar” olaraq qalar. Ümumiyyətlə, qabiliyyətlər anadangəlmə xüsusiyyətlərə sosial tesirlər nəticəsində qazanılan bilik, bacarıq və vərdişlərin də qoşulması ilə insanın psixi xassəsini təşkil edir. Bunun üçün də qabiliyyətləri şagirdlərin təlim uğuru ilə qarışdırmaq olmaz. Belə ki, təlim uğuru bizə bəzi hallarda qabiliyyətlər haqqında məlumat verə bilər, lakin onunla eynilik təşkil etməz.

Şagirdlərin qabiliyyətləri haqqında məlumatlı olmaları gələcəkdə  hansı peşələrə yönəlmələrinə qərar verməkdə onlara yardım edə bilər. Məsələn, riyazi qabiliyyəti olmayan bir şagirdin mühəndislik sahəsində uğur qazanması çox çətindir və hətta deyərdim mümkün deyildir. Müasir dövrümüzdə yeniyetmə və gəncləri bir peşəyə və ya təhsilin yuxarı pillələrinə hazırlayan mütəxəssislər onların ümumi və xüsusi qabiliyyətlərini araşdırıb təhlil etmək üçün fəaliyyətlər həyata keçirməlidirlər. Məsələn, universitet təhsili üçün tələbənin  hadisələr və anlayışlar arasındakı əlaqə və asılılığı görə bilmə, məntiqi düşünmə və mühakimə qabiliyyətlərindən meydana gələn və “akademik qabiliyyət” adlandırılan ümumi bir gücü olmalıdır. Özlərinin zəif və güclü cəhətlərini bilərək və özü haqqında bu məlumatlardan yola çıxaraq yeniyetmə və gənclər gələcək seçimlərini daha real olaraq edə bilərlər.

Lakin bir cəhətə də diqqət etmək lazımdır ki, sadəcə qabiliyyətləri bilmək peşəyə istiqamətlənməkdə yetərli deyildir. Digər bir önəmli cəhət maraqların bilinməsidir. İnsan sahib olduğu peşeye qarşı maraq hiss etdikdə həmin peşə sahəsində daha çox uğur qazanır. Əksinə, peşəsinə qarşı maraq olmadıqda həmin işlər yorucu olur, insanın diqqətini cəlb etmir, onda xüsusi narahatlıq hissi yaradır və insan özünü yetərsiz hiss edir. Bütün bunlar da insanın özünüqiymətləndirməsinə  mənfi təsir göstərir.

Maraq yeniyetmə ve gənclərdə gələcəkdə sahib olmağı düşündükləri peşəyə daha artıq və gərgin diqqət yetirmələrini təmin edir. Elə bunun nəticəsində də sahib olacağı peşə ilə bağlı gərəkli məlumatlar əldə etməyə xüsusi səy göstərir, peşə üçün lazım olan biliklərə, bacarıq və vərdişlərə yiyələnməyə can atır. Amma burada əsas olan yeniyetmə və gənclərin qabiliyyəti ilə maraqların üst-üstə düşmələrini anlamalarına yardım etməkdən ibarətdir ki, bunun üçün də məktəbdə lazımi səviyyədə psixoloji konsultasiya və maarifləndirmə işləri aparılmalıdır.

Yeniyetmə və gəncləri peşə seçiminə istiqamətləndirmədə psixi dioqnostikadan istifadə etmək lazımdır. Eyni zamanda peşə seçimində nəzərə alınması vacib olan amillərdə vardır. Sadəcə qabiliyyətləri bilmək peşəyə istiqamətlənməkdə yetərli deyildir. Əsas olan amillər bunlardır:

*bioloji amillər: İnsanın fiziki xüsusiyyətləri: sağlamlığı, cinsiyyəti, bədən quruluşu, görmə və eşitmə səviyyəsi və s.

*sosial-psixoloji amillər: Ailədaxili münasibətləri, bağlı olduğu dost qrupunun tələbləri və gəncə psixoloji təsiri, ailənin sosial səviyyəsi, yaxın ünsiyyətin  qurulduğu digər insanlar

*fərdi psixoloji amillər: Gəncin ehtiyacları, emosiya və hissləri, xarakter xüsusiyyətləri, dəyərləri, maraq, istedad və qabiliyyətləri, temperamenti və s.

*iqtisadi amillər: Ailənin iqtisadi səviyyəsi, mühitin ya da ölkənin ümumi iqtisadi vəziyyəti, yaşadığı ölkədə texnologiyanın inkişafi, bunların cəmiyyətin insan gücü ehtiyacına təsirləri.

*siyasi amillər: Mövcud siyasi quruluşlarda peşəyə yiyələnmə vəziyyəti, iştapma vəziyyəti, müxtəlif təhsil, ixtisasartırma və təkmilləşmə təhsili fürsətləri və s.

*şansla bağlı amillər: Təbii fəlakətlər, peşələrə və iş yerlərinə təsir göstərən gözlənilməyən hadisələr, daxili və xarici müharibələr və.s

 

Fazilə Camalova

Psixoloq, refleksoloq




8 şərh “Şagirdlər peşə seçimində nələrə diqqət etməlidirlər?

  1. Cəmilə Perviz

    Psixoloq peşə seçimi prosesini çox aydın şəkildə izah edir. Şagirdlər üçün mükəmməl bir rəhbərdir, çünki hər bir addımı və düşünülməsi lazım olan faktorları çox detallı və sadə bir şəkildə təqdim edir.

    Cavabla
  2. Nuranə Nur

    Peşə seçimi mövzusunda yazılmış ən yaxşı məqalələrdən biridir! Məqalə, şəxsi maraq və bacarıqların karyera seçimi ilə necə əlaqəli olduğunu çox yaxşı açıqlayır. Eyni zamanda, gələcəkdəki iş bazarının tələblərinə də toxunur, bu da çox faydalıdır

    Cavabla
  3. Səxavət

    Şagirdlər peşə seçimində diqqət etməli olduqları aspektlər barədə yazılmış məqalələr, xüsusilə də peşə istiqamətləndirmə və müvəffəqiyyətli karyera qurmaq üçün nəzərə alınması vacib olan faktorları əhatə edən məqalələr oxucular tərəfindən müsbət qiymətləndirilə bilər.

    Cavabla
  4. Validə Şamilova

    Məqaləni oxumamışdan öncə rəyləri oxudum. Bu cür müsbət rəylər məqalənin dəyərini və oxuculara təqdim etdiyi faydaları vurğulayır, eyni zamanda peşə seçimi mövzusunda gənclərə dəstək olma məqsədini təsdiqləyir. Deməli, yaxşı yazıdır. Oxumadan da bunu demək olar )

    Cavabla
  5. PSİXOLOQ Fazilə CAMALOVA FAZİLƏ

    Dəyərli oxucular maarifləndirmə məqsədli yazdığım yazıları oxuyub qiymətləndirdiyiniz və şərh yazdığınız üçün sizələrə təşəkkür edirəm, hər birinizə minnətdaram.

    Cavabla
  6. Mehri Nuri

    Salam, indiki vaxtda… Uşaqların çoxunun gərgin və çaşgın olduğu halda gözəl mövzuya toxunduz. Maşallah sizə, gözəl insan və nümunəvi ana.

    Cavabla
  7. Yaşar Orucov

    Bu məqalə peşə seçimi ilə bağlı çox faydalı və ətraflı bir bələdçidir. Şagirdlər üçün müasir dünyada doğru peşə seçiminin nə qədər əhəmiyyətli olduğunu çox yaxşı izah edir. Müsbət cəhətlərdən biri də məqalənin müxtəlif perspektivlərdən yanaşmasıdır: şəxsi maraqlar, qabiliyyətlər, bazar tələbləri və gələcək karyera imkanları. Məncə, hər bir şagird bu məqaləni oxumalıdır, çünki o, onlara qərar verməkdə kömək edə bilər.

    Cavabla
  8. Qafar

    Məqalə çox yaxşı strukturlandırılıb və hər bir bölmə mükəmməl şəkildə izah edilib. Şagirdlərə peşə seçimində diqqət etməli olduqları aspektləri aydın şəkildə təqdim edir. Məqalənin çox asan başa düşülən və praktik tövsiyələrlə zəngin olması, onu həm şagirdlər, həm də valideynlər üçün əvəzsiz bir resurs edir. Təklif etdikləri yanaşmalar çox yerindədir!

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir