Yunanıstanın Samos adasının Pifaqorean şəhərciyindən tanınmış turist-bloqqer Qərib Azərin çəkdiyi fotoların maraqlı ola biləcəyini nəzərə alaraq diqqərinizə təqdim edirik. Elə Azər Qəribovun öz şərhi ilə:
Kuşadasından hər gün (yay aylarında) kater gedir Samos adasına, Şenqen vizası lazımdır, Yunanıstan adasıdır.
Həmin gün qayıdırsansa, bilet 30 avro, gediş-gəliş, əks halda 55 avro, internetdən alsan 45 avro. Saat 9-da çıxır, 1 saat 30 dəqiqəyə çatır adaya, Pifaqorion limanına.
Burada günün altında xeyli durub, pasport kontrolu keçirsən və şəkililər demiş, ha indi ağzının içindədir şəhərcik.
Əslində, heç şəhərcik də deyil, bizim Həmzəlli kəndini bunun üstünə qoysan, Pifaqoriondan blinçik olar, yayılar altında, elə balacadır. Xudmanl körfəz boyu otellər, restoranlar, əsas turistik həyat burada keçir.
Oteli özüm seçdim, təcrübəm var, şükür və o da məni aldatmadı. Gecəsi 54 avro, səhər yeməyi ilə.
Amma burada, ruslar demiş, bolşe bir-iki gün delat neçeqo. Çimərlikləri daşlı, su buz kimi, hava da çox isti. Düzdür, axşam sərinliyir, bütün gün külək filan, amma Kuşadası ilə müqayisədə, orada daha komfortludur iqlim, xotya saatyarımlıq yoldur.
Buyurun, tanış olun Pifaqorion şəhərçiyi ilə. Pifaqor burada yaşayıb, sonra ətraflarda hökmdardan gizlənib. Çox qədim tarixi var adanın, dəhşətə gəlirsən rəqəmləri eşidəndə – bizim eradan 6 əsr, bizim eradan 5 əsr və s.