yemek

“Sən yeməsən, qardaşın yeyəcək”

Baxış sayı: 1. 688

…Halbuki, bu cür yanaşma, istifadə olunan bu cür sözlər özü ilə bərabər problemlər də gətirə bilər. Məsələn, köklük problemi!

Axı əgər uşağın orqanizmi qida tələb etmirsə, hansı məntiqlə onu bir az da, bir az da yeməyə məcbur edirik?! Üstəlik, köklük problemi bu cür sözlərin vurduğu ziyanın ancaq görünən tərəfidir. Bundan başqa, müşahidə edilən başqa bir problem isə bu cür sözlərin qaraşlar arasında qısqanclığı və rəqabəti artırmasıdır. Belə olduqda, uşaq qardaşına rəqib kimi baxmağa başlaya bilər. Eyni zamanda, bu halda azyaşlı “birinci olmaq” üçün qardaşlarından, həmçinin ona rəqib kimi təqdim edilən uşaq kimdirsə, ondan etolon kimi istifadə etməyə yönəlmiş olur. Uşaq artıq göstəricilərini, uğur anlayışını “rəqib”i ilə müqayisə etməyə başlayır. Bu isə uşağın şəxsiyyət kimi formalaşmasına, uşaqda özünəinam hissinin inkişaf etməsinə mənfi təsir edə bilir.

Odur ki, əziz valideynlər, psixoloqlar tövsiyə edir ki, hətta həvəsləndirmək məqsədi ilə olsa da uşaqları bir-birinə rəqib olaraq göstərməyin…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir