Səni sevirəm demək nə qədər xüsusidirsə, bu sevgini başqa yollardan göstərməkdə bir o qədər əhəmiyyətlidir. “Gencaile.az” “Qadinklubu.com”-a istinadən səni sevirəm deməyin əyləncəli və romantik yollarını təqdim edir. Əgər sevginizi monotonluqdan uzaq tutaraq,rəngarəng bir sevgi yaşamaq istəyirsinizsə, bu qaydalar sizlər üçün ideya baxımından çox əlverişli ola bilər.
- Ürəyinizin səsini dinləyin! Çünki o səs, sizi hər zaman doğru olana çatdıracaq.
- Onu sevdiyinizi hər gün söyləyin, O da sizə qarşılıq verəcəkdir.
- Onu olduğu kimi sevin! Ən gözəl halı təbii halıdır.
- Romantik sürprizlər edin, onun ürəyində sizə böyük bir yer açar.
- Ona hər fürsətdə iltifat edin, ruhunu oxşamış olarsınız.
- Musiqini açın və ritmə birlikdə ayaq uydurun. Rəqs edin!
- Ona ən sevdiyi yeməyi hazırlayın! Unutmayın, müvəffəqiyyətli nəticə əldə etməsəniz də sınamış olacaqsınız.
- Saçlarını oxşayın, bu onun çox xoşuna gələcək.
- Telefonlarınıza deyil, bir-birinizin üzünə baxın. Birlikdə internetsiz zaman keçirin.
- Onunla oyunlar oynayın. Şirin rəqabət maralı olur.
- Birlikdə ulduzları seyr edin.
- Onu maraqlandıracaq və əyləndirəcək kiçik qeydlər yazın.
- Xatirələr əhəmiyyətlidir, birlikdə çoxlu fotoşəkil çəkməyi unutmayın.
- Zarafatlaşma sevgidən gəlir. Zarafatlaşmaya laqeyd yanaşmayın.
- Eyni hobbiləri əldə etmək, daha çox kefli zaman keçirmək deməkdir. Birlikdə hobbi əldə edin!
- Xüsusi günləri unutmayın. İlk göz-gözə gəlişinizin tarixini belə unutmayın.
- Əl-ələ tutmaq güvən duyğusu verir.
- Kiçik jestlər aradakı eşqi böyüdər. Jestlər edin!
- Uzaqda vaxt keçirmək bir-birinizi daha yaxşı tanımaq üçün ən yaxşı üsul. Tətilə çıxın!
- Yalnız bir öpüş! Çünki bir öpüş belə hər şeyi dəyişdirə bilər.