Nigar Eliyeva

Sosial şəbəkələrin zəhərli cazibəsi

Baxış sayı: 711

Uşaqlarda və yeniyetmələrdə sosial şəbəkə asılılığı müasir dövrün ciddi problemlərindən biridir. Sosial mediadan həddindən artıq istifadə edildikdə, psixoloji və fiziki problemlərə səbəb ola bilər. Sosial şəbəkə asılılığının əlamətləri aşağıdakılardır:

1) Gün ərzində 3-4 saatdan çox sosial mediadan istifadə etmək.

2) Telefonsuz və ya internetsiz narahatlıq və ya əsəbilik hiss etmək.

3) Real ünsiyyətə marağın azalması, dostlarla və ailə ilə az vaxt keçirmək.

4) Özünü başqaları ilə müqayisə etmək.

5) Yatmazdan əvvəl və ya gecə yarısı sosial mediaya baxmaq.

komputer

Uşaqlar və yeniyetmələr sosial şəbəkə asılılığının fəsadları kimi depressiya, stress və özgüvən problemləri ilə qarşılaşa bilərlər. Digər tərəfdən, sosial izolyasiya, real həyatda ünsiyyətin azalması, tənhalıq hissi, məhsuldarlığın azalması, görmə zəifliyi, yuxusuzluq, baş ağrıları, onurğa problemləri müşahidə oluna bilər.

Bu səbəbdən, valideynlər müəyyən tədbirlər görməlidirlər. Məhdudiyyətlər və qaydalar təyin etməli, gün ərzində maksimum 2 saat sosial şəbəkədə vaxt keçirmələrini təmin etməlidirlər. Yatmazdan 1 saat əvvəl telefon və planşetdən uzaq durmaq, yemək zamanı və ailə görüşlərində telefondan istifadə etməmək, həftədə bir gün “sosial media detoksu” günü keçirmək vacibdir. Alternativ maraqlar və hobbilər tapmalıdırlar. Məsələn, kitab oxumaq, idmanla məşğul olmaq, musiqi, rəsm, rəqs, gəzinti kimi məşğuliyyətlər yaradılmalıdır.

Eyni zamanda, valideynlər özləri də nümunə olaraq sosial mediada az vaxt keçirməli və uşaq və ya yeniyetmələrə bu məsələdə düzgün yön göstərməlidirlər. Əgər uşaq və ya yeniyetmə sosial şəbəkədən imtina edə bilmirsə, aqressiv davranışlar sərgiləyirsə, psixoloq və ya psixoterapevtlə məsləhətləşmək vacibdir.

Sosial şəbəkələr tamamilə zərərli deyil, lakin düzgün idarə olunmaduqda asılılıq yarada bilər. Əsas məqsəd balansı qorumaq və real həyatda aktiv olmaqdır.

 

Nigar Əliyeva

Orvita Psixoloji Reabilitasiya Mərkəzinin uşaq psixoloqu




8 şərh “Sosial şəbəkələrin zəhərli cazibəsi

  1. Aydın Məmmədov

    Həqiqətən, uşaqların sosial mediada keçirdiyi vaxtın çox olması onları real həyatdan uzaqlaşdırır. Mənim oğlum da artıq telefonuna daha çox vaxt ayırır, dostları ilə danışmağa daha az vaxt keçirir. Ailə vaxtları da azalıb. Bu yazı bizə çox faydalı oldu. Valideynlər olaraq bu məsələyə ciddi yanaşmalıyıq.

    Cavabla
  2. Şövkət

    Əslində sosial şəbəkələr həyatımıza çox şey qatdı, amma həqiqətən də çox vaxt sərf etmək, insanı asılı hala sala bilər. Mən özüm də bəzən günün 3-4 saatını sosial mediada keçirirəm və bəzən bu mənə də pis təsir edir. Amma digər tərəfdən, bəzən işlə bağlı da istifadə edirəm. Məncə, sosial şəbəkələrdən imtina etmək o qədər də asan deyil, amma nəzarət etmək vacibdir.

    Cavabla
  3. Amil Bağlrov

    Uşaqların, xüsusilə yeniyetmələrin, telefon və internetdən istifadə etmə müddətinə nəzarət etmək çox vacibdir. Təbii ki, ailə də buna diqqət etməlidir. Həkimlər olaraq biz də bu mövzuda uşaqların sağlamlığını qorumaq məqsədilə valideynlərə məsləhətlər verməliyik.

    Cavabla
  4. Ramilə Babayeva

    Bu mövzu mənim üçün çox vacibdir. Özüm də evdə 2 uşağım var və sosial şəbəkələrin təsirini çox hiss edirəm. Mən uşaqlarımla birlikdə telefon və planşetdən uzaq vaxt keçirmək üçün çox çalışıram. İnanın ki, onlar əvvəlcə etiraz etsələr də, sonradan real həyatda digər fəaliyyətlərə maraq göstərməyə başladılar. Yalnız telefon və internetlə bağlı məsələləri tənzimləmək lazım deyil, həm də valideynlərin özləri nümunə olmalıdırlar.

    Cavabla
  5. Aygün Abdullayeva

    Sosial şəbəkə asılılığı ciddiləşən bir problemdir. Bu yazı çox düzgün bir yanaşmadır, amma bu məsələnin yalnız valideynlərə yönəldilməsi doğru deyil. Sosial şəbəkələrdən asılılıq, həm də məktəblər və cəmiyyətin digər strukturları tərəfindən diqqətlə izlənilməlidir. Müəllimlər və psixoloqlar da bu məsələ üzərində işləməli, gənclərə doğru istiqamət verməlidir.

    Cavabla

Amil Bağlrov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir