Musenber Seferova 3

Su çiçəyi necə müalicə olunmalıdır?

Baxış sayı: 619

Su çiçəyi – yoluxucu infeksion xəstəlikdir, uşaq vaxtında yüngül formada keçir; südəmər uşaqlarda, böyüklərdə, həmçinin immuniteti zəyifləmiş insanlarda xəstəlik daha ağır keçə bilər. Son vaxtlar müraciətlərdə su çiçəyi virusunun yayılmasını müşahidə edirik. Yoluxuculuğu yüksəkdir, ağırlaşma hallarına çox olmasa da, rast gəlirik. Bir qayda olaraq, insan su çiçəyini həyatda bir dəfə keçirir. Buna baxmayaraq, immun sistemə virus daxil olur. Bu virus özünü heç cür göstərmir, lakin yaşa dolduqdan sonra yenidən aktivləşərək səpkilər törəyir. Bu cür səpkilər sarıyan herpes adlanır.

Su çiçəyində səpkiler içi sulu, qırmızı olur. Səpkiler başın tüklü hissəsində də olursaa, su çiçeyi olması ehtimalı artır. Sepkiler bəzən dözülməz qaşınma verir. Dərinin üst hissəsi ilə yanaşı səpkilər ağız boşluğu, sidik sistemi yollarında, qızlarda vaginada, mədə-bağırsaqlarda da ola bilər. Səpki yaranan kimi deyil, əgər uşaq qaşıyaraq səpkinin üzərini açıbsa, gigiyena baxımdan səpkiləri brilliant yaşıllı “zelyonka” ilə dezinfeksiya etmek olar. Qidalanmaya nəzarət olmalı, səpkilərin üzəri təmiz saxlanmalıdır. Qidalardan turş, istiotlu, şəkərli,qızardılmış qidalar rassiondan çıxarılmalıdır.

Su ciceyi

Su çiçəyi əleyhinə peyvənd milli təqvimimizdə yer almasa da, var. Bu peyvəndi xarici ölkəyə gedənlər, su çiçəyini arzu etməyənlər könüllü olaraq vurdura bilər. Xəstə 21 gün nəzarətdə saxlanılmalıdır. Səpki quruyan kimi uşağı kollektivə buraxmaq olmaz. Bu zaman ikincili infeksiya qoşula bilər.Gəlin diqqətli olaq. Adi su çiçəyidir deyib keçməyək. SAĞLAM OLUN.

 

Citylab klinikasının pediatr-nevroloqu Müsənber Səfərova

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Sumqayıt şəhərində yerləşən Citylab klinikasına müraciət edə və ya (055) 333 13 88 mobil nömrəsi ilə birbaşa  Müsənber Səfərova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir