Dilber Behmenli

Təcavüzçülər necə yetişir? – “QƏBUL OTAĞI”

Baxış sayı: 1. 243

El arasında “Düyə göz eləməsə, dana atlamaz”, “Yəqin geyimi onu yoldan çıxarıb”, “Hisslərini idarə edə bilməyib”, “İçkili imiş”, “Orda vaxt orda nə gəzirdi ki, kimsə də belə edə”, “Durduq yerə elə şey etməz”və s. tipli cümlələr təcavüzə dəstək verən insanların iyrənc zehinlərinin məhsuludur.

Cinsi zorakılığa məruz qalan kişilər də kifayət qədər olsa da, təəssüf ki, bunun qurbanı, adətən, qadınlar olur. Öncəki məqaləmdə kişilərin cinsi orqanının önəmini vurğulayan və kişi olmağın cinsi orqandan keçdiyi ilə bağlı yanlış tərbiyə üslubu ilə fikirlərimi dilə gətirmişdim. Bu dəfə də bu məsələlərə toxunacam. Bir kişi əgər həyatda bir şəxsiyyət kimi anası tərəfindən qəbul edilmirsə, (sən nə vaxt adam olacaqsan, kül sənin kişi başına, səndən heç nə olmaz, səndən ailə saxlayan olar?, hansı qızı alıb bədbəxt edəcəksən?, əlindən heç bir iş gəlmir, buna bax vidinə bax, sənin kimi oğlu olanın həyatı belə olmaz və s.) o uşaq böyüyəndə özünü təsdiq üçün öz kişiliyini təsdiq etmək məqsədilə (qadınlara qarşı içində illərlə yığılıb qalmış nifrəti qusmaq üçün) bütün qadınlara içdən içə nifrətlə yanaşır və bəziləri də fiziki və cinsi zorakılıq törədir. Çünki özgüvəni qırılmış bu “kişi” əslində anasının intiqamını o qadınlardan almaqla psixoloji olaraq rahatlamış olur. Lakin cinsi zorakılıq sadəcə cinsi akt zamanı olmur. Boşanmış qadınlara qarşı daha çox cinsi zorakılıq mövcuddur. Gəlin nəzər salaq (Buna bax, boşanmış qadın subay oğlana getdi, Üç uşaqla onu necə qəbul etdi? Özü boşanıb, ona buna ağıl öyrədir, Boşanıb Allah bilir nə işlərlə məşğuldur). Bunların hər biri boşanmış qadına qarşı edilən zorakılıq hallarıdır. Hələ subay oğlanların cinsi istəklərini təmin etmək məqsədilə o qadınlara cinsi obyekt kimi baxması halları da daha çox rast gəlinir.

Sosial şəbəkələrdə sərgiləmə (exhibition) cinsi pozuntusundan əziyyət çəkən insanların cinsi orqanlarının şəklini tanımadıqları insanlara atması da cinsi zorakılığa aiddir. Yeni tanış olan kimi xanıma məndən əvvəl cinsi təcrübə yaşamısanmı? Bakirəsənmi? sualları da cinsi zorakılıq və şəxsi sərhədlərə qarşı edilən hörmətsizlikdir. Münasibətin başlarında, xüsusiylə də, ilk görüşlərdə bu tip suallar verilməməlidir. Konservativ biri deyilsinizsə, ümumiyyətlə, verilməməlidir.

İcazəsiz edilən istənilən toxunuş, cinsi məzmunlu ifadə və ya hərəkət cinsi zorakılıq sayılır. Zorakılıq halları, adətən, evli insanlar arasında da rast gəlinir. Evli olmağınız istəmədiyi halda yoldaşınıza toxuna bilmək haqqını vermir.

Bəzən sosial şəbəkələrdə və ya yolda şifahi və ya yazılı cinsi zorakılıqlara da rast gəlinmək mümkündür. Kiməsə filan yerin qəşəngdir deyərək diqqətinin bədənində olması da zorakılıq halıdır. Zorakılıq beyinlə bağlıdır. Bunun üçün mütləq kiməsə təcavüz etməyə də ehtiyac yoxdur, lakin şüurda kiminləsə bağlı xəyal qurub onu şifahi şəkildə belə dilə gətirirsinizə təcavüzçüsünüz. Bəzən düşüncələr şüuraltında yatır, şərait olduğu halda üzə çıxır. Düşünün ki, təcavüzə görə heç bir cəza verilməyəcək. Nə qədər insan bunu etməzdi? Nəfsinə sahib çıxmaq da o demək deyil ki, şüuraltı təmizdir. O sadəcə özünü kontrol etməyi bacaran insan da olmuş ola bilər.

Ailə tərəfindən cinsi zorakılığa məruz qalan insanlar da kifayət qədərdir. Uşaqdır xatırlamaz deyə düşünüb ataları tərəfindən oral cinsi əlaqəyə məcbur edilən balaca qızlardan danışıram sizə, qardaşı tərəfindən onsuz bakirəliyi pozulmayacaq deyilib anal yolla zorlanan xanımlardan danışıram sizə. Qohumları tərəfindən taciz olunan insanlardan danışıram sizə. Ən çox bilirsiz kimdən danışıram uşaq vaxtı bir “kişi” tərəfindən təcavüz edilib, cinsi oriyentasiyası öz cinsinə doğru dəyişib, amma o “kişilər” tərəfindən kişiliklərinə söz edilib ələ salınan kişilərdən danışıram. “Kişi” tərəfindən cinsi zorakılığa məruz qalıb “kişi”lərə nifrətlə böyüyüb öz cinsinə yönələn xanımlardan danışıram. Kimisə manipulyasiya etməyə çalışıb yoldan çıxartmaq, ondan çılpaq şəkillər istəmək də cinsi zorakılıqdır.

Təcüvüzçü deyir ey “Özümü idarə edə bilmədim”. Bunu sadəcə heyvanlar deyə bilər. Çünkü sadəcə heyvan instinktiv şəkildə tək niyyəti cütləşmək ola bilər. Amma unutmayaq ki, heyvanlar danışa bilmir.

Cinsi zorakılığın digər səbəbi isə “Qadınların tək dərdinin cinsi partnyor tapmaq” və “Onların zorlanmaqdan zövq aldığını” düşünən “Cahil kütlə”dir. Qadınların dərdi təcavüzçü yox, özgüvənli və onu sahiblə biləcək qeyrətli kişilərə sahib olmaqdır. Yəni qadını cinsi orqan olaraq görən heç kəs bu kateqoriyaya aid deyil.

Digər bir məsələ cəmiyyətdə cinsi zorakılığa məruz qalmış şəxslərə yanaşılma məsələsidir. Əksər insanlar zorakılığa məruz qaldığını dilə gətirə bilmir. Çünkü bir zorakılıq da insanların onlara baxışları zamanı olacaq. Bir də deyərəm birdən məni sevdiyim, sevgilim qəbul etməz düşüncəsi var. İndi isə sözüm valideynlərədir. Elə valideynlər olun ki, övladınız zorakılığa məruz qalıb sizə ehtiyacı olanda dəstək istəyəcəyi insan siz olun, deməsin ki, birdən ailəmə deyərəm məni öldürər. Axı zorakılıq qurbanı olmağı onlar seçməyib, onların sadəcə sizə ehtiyacı var. Əziz valideynlər, elə övladlar böyüdün ki, normal psixikada olsunlar. Təcavüzçü və ya qatil psixikasında yox!

 

Psixoterapevt Dilbər Bəhmənli




6 şərh “Təcavüzçülər necə yetişir? – “QƏBUL OTAĞI”

  1. Nuridə Məmmədova

    Cəmiyyətdə bütün dövrlərdə aktual və daima müazirələrə səbəb olan mövzulardan biri də təcavüz görmüş insanlar, xüsusilə bu halla üzləşən uşaqların psixologiyasıdır. Təbii ki, belə halları yaşamaq insan psixologiyasın mənfi təsir edir, ələlxüsus təəssüf ki, uşaqların psixologiyasına zərbə vurur.

    Cavabla
  2. Minarə Məlikova

    Oğlan uşaqlarına seksual tərbiyənin verilməməsi bu halların baş verməsinə gətirib çıxarır.

    Cavabla
  3. Xalidə Talıbova

    Əksər hallarda onlar qız uşağına ancaq cinsi obyekt kimi baxırlar. Onlar buna görə də sui-istifadə etməyə çalışırlar. Bəzən də təcavüz ilə öz istəklərinə nail olurlar. Zorlama ilə kişilik varlığını təsdiq etdiklərini düşünürlər.

    Cavabla
  4. Punahn Agasiyev

    Təəssüüf ki, bu məsələlər nə qədər gizlin qalacaqsa, belə hallar artmaqda davam edəcək.

    Cavabla
  5. Selcan Şükürlü

    Bu milletin seks acligi olduğu müddütce bu tip problemler her zaman olacaq. Siz hele yaxsi ki, utanmayib toxunmusunuz movzuya

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir