xestelik

Taun xəstəliyi hansı kəşfin edilməsinə səbəb olub?

Baxış sayı: 2. 455

Holland alimlər XIV əsrdə Avropanı qırıb-çatmış taun xəstəliyinə qarşı araşdırma apardıqılarında insanların genetikasını təkamül etdirdiyini kəşf ediblər. Yəni babalarımız öz qardaşlarından fərqli olaraq, bu xəstəliyə ona görə qalib gəliblər ki, genləri özünü təkmilləşdirib və xəstəliyə qarşı gəlib. Bu, təbii seçmədir.

Harvard Universitetinin araşdırmasına görə, bizlər təkcə “Homo Sapiens” yox, həm də “Neandertal” geni daşıyırıq. Bu gen bizə qadınlardan keçib və bizi soyuğa qarşı daha dözümlü edib. Afrikalılarda neandertal geni yoxdur.

Yeşiva Universitetində beyində yaddaşın (xatirənin) necə yaradılması müşahidə edilib və həmin anın görüntüsü çəkilib.

Barselona universitetində aparılan bir araşdırmaya əsasən, insanların əkinçiliyə başlaması genetikamızı da dəyişib. Ətyeyən və ovlayan insanlar günəş altında çox qalmır, buna görə də D vitamini qəbul etmirdilər. Aralıq dənizi ətrafında yaşayanlar isə əkinçiliklə məşğul olduqları üçün günəşin altında çox vaxt keçirir, D vitamininin yaranmasına təkan verirdilər. Beləliklə, dəri rəngləri daha tünd olmaları ilə bərabər, bir çox xəstəliyə məhz bitkilər sayəsində immunitet yaranıb. Yəni biz bitkilər sayəsində artıq xəstəliklər gəlməmiş ona qarşı immunitetə sahib olmuşuq. Ətyeyənlər isə tezliklə buna görə süquta uğrayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir