un pecenyesi

Un peçenyesi necə hazırlanır?

Baxış sayı: 813

“Gencaile.az” saytının mətbəx bölməsi sizə bu dəfə un peçenyesnin hazırlanması haqda məlumat verir.

 

İnqrediyentlər

250 qr yağ

1 st. şəkər kirşanı

3,5 st. un

 

Hazırlanma mərhələsi

Otaq temperaturunda saxlanılan yağ geniş bir qabın içinə qoyulur. Şəkər kirşanı əlavə edilir, krem halına gələnə qədər qarışdırılır. Unu az-az əlavə edərək yoğurmaq lazımdır. Xəmir ələ yapışmayana qədər un əlavə edilir. Hazır olan xəmirdən balaca peçenyelər hazırlanır, yumurtanın ağı üstünə çəkilir. Əzilmiş ləpə qırıntılarına da batırmaq olar. (istəyə uyğun olaraq) Peçenyeləri içinə yağlı kağız sərilmiş soba qabına düzülür. Əvvəlcədən qızdırılmış 170 dərəcəli sobada 15-20 dəqiqə (üstü az qızarana qədər) bişirilir.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir