Uşağın şəxsiyyətinin formalaşması doğulduğu andan başlayır və bu prosesin ən güclü təsir mənbəyi valideynlərdir. Valideynin davranışı,ünsiyyət tərzi vəverdiyi emosional dəstək uşağın özünü necə görəcəyini,dünyaya necə yanaşacağını və gələcəkdə necə bir fərd olacağını müəyyən edir. Sevgi uşağın psixoloji inkişafı üçün oksigen kimidir. Valideynin verdiyi şərtsiz sevgi uşağın özünü dəyərli hiss etməsinə, emosional sabitliyinə və sosial münasibətlərdə uğuruna zəmin yaradır. Bu münasibətlərin düzgün tənzimlənməsi ailə daxilində harmoniya yaratmaqla yanaşı, cəmiyyəti sağlam inkişafına da töhvə verir. Belə ki, uşağın tərbiyəsi yalnız ailənin deyil bütöv cəmiyyətin gələcəyini formalaşdıran ən vacib proseslərdən biridir. Ailədə gördüyü sevgi, diqqət və anlayış onun cəmiyyətə baxışını, insanlar münasibətini və özünü necə təqdim edəcəyini formalaşdırır. Sevgi dolu mühitdə böyüyən uşaq cəmiyyətin güvənli məsuliyyətli və empatiya sahibi üzvünə çevrilir.
Dəstək: Dinləmək anlamaq və yol göstərmək
Uşağın psixoloji inkişafı onun gələcək həyat keyfiyyətini, sosial münasibətlərini və özünə güvəni müəyyən edir. Valideyn uşağın yaşadığı hissləri tanıdıqda ona emosional güc verir və sreslə mübarizədə dəstək olur. Valideynin dəstəyi uşağın çətinliklərlə mübarizə aparmasına, qərar vermə bacarığını inkişaf etdirməsinə və özünü ifadə etməsinə imkan yaradır. Uşağın fikirlərini dinləməvə ona hörmətlə yanaşmaq onun özünü ifadə etməsinə şərait yaradır.”Səni başa düşürəm”mesajı uşağın duyğularını tanımasına və ifadə etməsinə kömək edir.Uşağa seçim imkanı vermək onun müstəqil düşünmə bacarığını inkişaf etdirir. Seçimlərin nəticələrini yaşamaq uşaqlara məsuliyyətli olmağı öyrədir, özünü daha rahat və təhlükəsiz hiss etməsinə səbəb olur. Bu bacarığın inkişafı üçün gündəlik həyatda sadə secimlər vermək ( hansı paltarı geyinmək, hansı oyunu oynamaq və s.) çox faydalıdır. Bu cür seçim imkanı uşaqlara “mənim fikrim önəmlidir”hissini verir və onların emosional inkişafına güclü təsir göstərir. Uşaq öz maraq sahələrini kəşf edir və qərarlarının nəticələrini daha yaxşı dərk etməyə başlayır, öz şəxsiyyətini formalaşdırır, müstəqil düşünmə və planlama bacarığı inkişaf etdirir.
Empatiya və anlayışlı yanaşma;
Uşaqlar empatiya duyğusu erkən yaşdan öyrənməlidirlər, cünki empatiya sosial münasibətlərin və insani dəyərlərin təməlidir. Empatiya uşağın başqalarının duyğuların tanımasına və onlra qarşı anlayışlı olmasına kömək edir. Empatik uşaqlar daha az aqressiv daha çox əməkdaşlığa meyilli olurlar. Bu bacarıq uşağın dostluq münasibətlərini və komanda işini gücləndirir. Valideyinlər uşağı diqqətlə dinləməli və onun duyğusunu analmalıdır. Uşağın davranışını dərhal tənqid etmək əvəzinə onun niyə belə davrandığını anlamağa çalışmaq lazımdır. Bu uşağın özünü ifadə etməsinə və qorxmadan danışmasına şərait yaradır. Uşağın hissləri “kiçik “ və ya “əhəmiyyətsiz “deyil. Onun yaşadığı emosialar realdır və hörmətlə qarşılanmalıdır. Vlideyn özü empatik davranaraq uşağa nümunə olur. Başqalarına qarşı anlayışlı və hörmətli münsibət göstərmək uşağın davranışını formalaşdırır.
Sərhəd; Davranışın tənzimlənməsi və məsuliyyətin öyrədilməsi
Uşaqlar sərhədlərə ehtiyac duyurlar.Bu sərhədlər onları qoruyur, davranışlarını yönləndirir və sosial qaydalara uyğunlaşmalarına kömək edir. ”Nəyi etmək olar, nəyi olmaz sualına konkret cavablar uşağın davranışını formalaşdırır. Qaydaların davamlı və ədalətli tətbiqi uşağın daxili nizamını qurur. Sərhədləri tanıyan uşaq cəmiyyətdə təşəbbüskar və lider ruhlu olur
Valideynin sevgi dolu sərhədli və dəstəkləyici yanaşması uşağın sağlam şəxsiyyət kimi formalaşmasında əsas şərtdir. Belə ki, uşaqlar güvənli mühitdə anlayışla qarşılandıqda və öz fikirlərinə dəyər verildikdə, cəmiyyətə faydalı özünə güvənən və xoşbəxt fərdlərə çevrilirlər. Unutmayaq: Güclü cəmiyyətin təməli güclü fərdlərdir.Güclü fərdlər isə sevgi və anlayışla böyüyür.
Aysel Məmmədova
49 saylı “ İNTELLEKT” məktəb-liseyinin psixoloqu
Maraqlı məqalədir, təşəkkür edirəm.