Aysel Memmedova

Uşağın şəxsiyyətinin formalaşmasında valideynin rolu: Sevgi, sərhəd və dəstək

Baxış sayı: 994

Uşağın şəxsiyyətinin formalaşması doğulduğu andan başlayır və bu prosesin ən güclü təsir mənbəyi valideynlərdir. Valideynin davranışı,ünsiyyət tərzi vəverdiyi emosional dəstək uşağın özünü necə görəcəyini,dünyaya necə yanaşacağını və gələcəkdə necə bir fərd olacağını müəyyən edir. Sevgi uşağın psixoloji inkişafı üçün oksigen kimidir. Valideynin verdiyi şərtsiz sevgi uşağın özünü dəyərli hiss etməsinə, emosional sabitliyinə və sosial münasibətlərdə uğuruna zəmin yaradır. Bu münasibətlərin düzgün tənzimlənməsi ailə daxilində harmoniya yaratmaqla yanaşı, cəmiyyəti sağlam inkişafına da töhvə verir. Belə ki, uşağın tərbiyəsi yalnız ailənin deyil bütöv cəmiyyətin gələcəyini formalaşdıran ən vacib proseslərdən  biridir. Ailədə gördüyü sevgi, diqqət və anlayış onun cəmiyyətə baxışını, insanlar münasibətini və özünü necə təqdim edəcəyini formalaşdırır. Sevgi dolu mühitdə böyüyən uşaq cəmiyyətin güvənli məsuliyyətli və empatiya sahibi üzvünə çevrilir.

 

Dəstək: Dinləmək anlamaq və yol göstərmək

Uşağın psixoloji inkişafı onun gələcək həyat keyfiyyətini, sosial münasibətlərini və özünə güvəni müəyyən edir. Valideyn uşağın yaşadığı hissləri tanıdıqda ona emosional güc verir  və sreslə mübarizədə dəstək olur. Valideynin dəstəyi uşağın çətinliklərlə mübarizə aparmasına, qərar vermə bacarığını inkişaf etdirməsinə və özünü ifadə etməsinə imkan yaradır. Uşağın fikirlərini dinləməvə ona hörmətlə yanaşmaq onun özünü ifadə etməsinə şərait yaradır.”Səni başa düşürəm”mesajı uşağın duyğularını tanımasına və ifadə etməsinə kömək edir.Uşağa seçim imkanı vermək onun müstəqil düşünmə bacarığını inkişaf etdirir. Seçimlərin nəticələrini yaşamaq uşaqlara məsuliyyətli olmağı öyrədir, özünü daha rahat və təhlükəsiz hiss etməsinə səbəb olur. Bu bacarığın inkişafı üçün gündəlik həyatda sadə secimlər vermək ( hansı paltarı geyinmək, hansı oyunu oynamaq və s.) çox faydalıdır. Bu cür seçim imkanı uşaqlara “mənim fikrim önəmlidir”hissini verir və onların emosional inkişafına güclü təsir göstərir. Uşaq öz maraq sahələrini kəşf edir və qərarlarının nəticələrini daha yaxşı dərk etməyə başlayır, öz şəxsiyyətini formalaşdırır, müstəqil düşünmə və planlama bacarığı inkişaf etdirir.

69505d67-e575-4ae5-bd59-db58c3cd72e7

Empatiya və anlayışlı yanaşma;

Uşaqlar empatiya duyğusu erkən yaşdan öyrənməlidirlər, cünki empatiya sosial münasibətlərin və insani dəyərlərin təməlidir. Empatiya uşağın başqalarının duyğuların tanımasına və onlra qarşı anlayışlı olmasına kömək edir. Empatik uşaqlar daha az aqressiv daha çox əməkdaşlığa meyilli olurlar. Bu bacarıq uşağın dostluq münasibətlərini və komanda işini gücləndirir. Valideyinlər uşağı diqqətlə dinləməli və onun duyğusunu analmalıdır. Uşağın davranışını dərhal tənqid etmək əvəzinə onun niyə belə davrandığını anlamağa çalışmaq lazımdır. Bu uşağın özünü ifadə etməsinə və qorxmadan danışmasına şərait yaradır. Uşağın hissləri “kiçik “ və  ya “əhəmiyyətsiz “deyil. Onun yaşadığı emosialar realdır və hörmətlə qarşılanmalıdır. Vlideyn özü empatik davranaraq uşağa nümunə olur. Başqalarına qarşı anlayışlı və hörmətli münsibət göstərmək uşağın davranışını formalaşdırır.

 

Sərhəd; Davranışın tənzimlənməsi və məsuliyyətin öyrədilməsi

Uşaqlar sərhədlərə ehtiyac duyurlar.Bu sərhədlər onları qoruyur, davranışlarını yönləndirir və sosial qaydalara uyğunlaşmalarına kömək edir. ”Nəyi etmək olar, nəyi  olmaz sualına konkret cavablar uşağın davranışını formalaşdırır. Qaydaların davamlı və ədalətli tətbiqi uşağın daxili nizamını qurur. Sərhədləri tanıyan uşaq cəmiyyətdə təşəbbüskar və lider ruhlu olur

Valideynin sevgi dolu sərhədli və dəstəkləyici yanaşması uşağın sağlam şəxsiyyət kimi formalaşmasında əsas şərtdir. Belə ki, uşaqlar güvənli mühitdə anlayışla qarşılandıqda və öz fikirlərinə dəyər verildikdə,  cəmiyyətə faydalı özünə güvənən və xoşbəxt fərdlərə çevrilirlər. Unutmayaq: Güclü cəmiyyətin təməli güclü fərdlərdir.Güclü fərdlər isə sevgi və anlayışla böyüyür.

 

Aysel Məmmədova

49 saylı “ İNTELLEKT” məktəb-liseyinin psixoloqu 




4 şərh “Uşağın şəxsiyyətinin formalaşmasında valideynin rolu: Sevgi, sərhəd və dəstək

  1. Mətləb Əsədov

    Məqalənin çox gözəl bir şəkildə tərbiyəvi məsələləri izah etdiyini deyə bilərəm. Uşaqlara sərhəd qoymaq və qaydaların davamlı tətbiqi onların daxili nizamını formalaşdırır. Lakin ən vacib olanı, uşağın özünü dəyərli hiss etməsidir. Bu hiss uşağa yalnız sevgi və dəstəklə verilə bilər.

    Cavabla
  2. Nazlı Hüseynova

    Sevgi dolu mühitdə böyüyən uşaqların gələcəkdə cəmiyyətə faydalı və məsuliyyətli fərdlər olmaları çox önəmlidir. Uşaqlara sevgi və diqqət verməklə yanaşı, onlara sərhəd qoymaq və düzgün davranışlarını yönləndirmək də vacibdir. Mənim də uşaqlarımla münasibətlərimdə bu prinsiplərə əməl etməyə çalışıram. Uşaqlara seçim imkanı verilməsi onların inkişafına çox müsbət təsir edir.

    Cavabla
  3. Nuridə Qiyas

    Uşağın psixoloji inkişafı yalnız sevgi və dəstəklə məhdudlaşmır, həm də ona verilən sərhədlərlə bağlıdır. Valideynlərin uşağa sərhəd qoyması həm onların davranışını tənzimləyir, həm də gələcəkdə özünə güvənli fərdlər olmalarına şərait yaradır.

    Cavabla

Deniz üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir