Bədənimiz və ruhumuz bir-biri ilə davamlı bir dialoq içindədir. Çox vaxt biz yalnız fiziki simptomlarla qarşılaşırıq — bel ağrısı, baş ağrısı, qarın ağrısı və ya əzələ gərginliyi kimi. Lakin bu ağrıların arxasında çox vaxt görünməyən emosional yük dayanır. Mən, psixoloq və sensor inteqrasiya üzrə təlimçi kimi, uzun illərdir gördüyüm təcrübələrə əsaslanaraq, bədənin bu mesajlarını anlamağın vacibliyini vurğulayıram.
Ağrı və emosional bağlantı
Bədənimiz emosiyaları fiziki olaraq təcəssüm etdirir. Müxtəlif bölgələrdə ortaya çıxan ağrılar çox vaxt emosional vəziyyətimizin bir əksidir:
Boyun və çiyin ağrısı: Bu bölgələr bəzən üzərimizdəki məsuliyyət və ya başqalarına qarşı daşıdığımız “yük” ilə bağlı olur. Boyun gərginliyi stressin və daxili narahatlığın fiziki təzahürüdür.
Qarın ağrısı və həzm problemləri: Stress, narahatlıq və qorxu bağırsaqlara birbaşa təsir göstərir. “Qarın ağrısı, həzm edə bilmədiyimiz hisslər” ifadəsi təsadüfi deyil.
Bel ağrısı: Gələcək qorxusu, maliyyə narahatlığı və həyat yükü bəzən bel ağrısında özünü göstərir.
Sensor inteqrasiya və emosional fərqindəlik
Sensor inteqrasiya təlimi bədənin müxtəlif hissələrinin informasiya axınını necə qəbul etdiyini və ona necə cavab verdiyini öyrədir. Ağrını yalnız fiziki simptom kimi görmək əvəzinə, onu emosional bir siqnal kimi qəbul etmək bədən-ruh əlaqəsini gücləndirir.

Praktikada bunu belə edə bilərik:
Fiziki fərqindəlik məşqləri: Ağrını hiss etdiyiniz bölgəyə diqqət yetirin, əllərinizi qoyun və sadəcə nəfəs alın. Bədəninizin sizə nə demək istədiyini hiss etmək üçün bu çox vacibdir.
Hissləri sözlə ifadə etmək: Hər ağrı üçün onu təmsil edən bir emosiyanı müəyyən edin — qorxu, kədər, gərginlik və ya əsəb. Emosiyaları sözlə ifadə etmək onları anlamağa və buraxmağa yardım edir.
Hərəkət və nəfəs vasitəsilə sərbəst buraxma: Yoga, tai chi, pilates və sadə gərmə məşqləri bədəndə saxlanmış emosiyaları sərbəst buraxmağa yardım edir. Dərin nəfəs texnikaları və ritmik hərəkətlər stressi azaldır və bədəni rahatladır.
Emosiyaları bədən dili ilə tanımaq
Bədən dilimiz emosiyalarımızın açıq bir göstəricisidir. Uzun müddət susdurulmuş kədər, qorxu və ya əsəb müxtəlif əzələ gərginlikləri şəklində ortaya çıxır. Məsələn, sinə əzələlərində gərginlik çox vaxt ürək ağrısı, sevgi və ya bağlılıq hissləri ilə bağlıdır. Bədənin hər bir əzələsi bir mesaj daşıyır və onu tanımaq, emosional sağlamlığımızı qorumağa kömək edir.
Bədənimiz yalnız fiziki bir mexanizm deyil; o, emosional tarixçəmizin bir aynasıdır. Ağrıları görməməzlikdən gəlmək əvəzinə, onların arxasındakı emosiyaları dərk etmək həm ruhsal, həm də fiziki sağlamlığımızı gücləndirir. Sensor inteqrasiya yanaşması bu prosesi daha da asanlaşdırır: o, bədən və emosiyalar arasında körpü quraraq, balanslı və sağlam bir həyat sürməyimizə yardımçı olur.
Bədənimizlə səmimi dialoq qurmaq, ağrının xəbərdarlıq mesajını düzgün oxumaq və onu buraxmağı öyrənmək həyat keyfiyyətimizi xeyli artırır.
Gültəkin Səhhət
Psixoloq, sensor inteqrasiya üzrə təlimçi
(Mütəxəssislə psixoloq_gultekinsehet adlı instagram hesabı üzərindən və həmçinin 055 224 25 90 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz.)












































































































































































pulum olsa bedenim de agrimaz. Gizli emosiya ele puldu. Bizim ucun gizlidi. tapa bilmirik