Uşaqlar hansı valdeyndən daha çox gen götürür?

Baxış sayı: 1. 667

Uşaqların genlərinin həm atadan, həm də anadan gəldiyi heç kimə sirr deyil.

Ancaq tədqiqatlar göstərib ki, ata xətti ilə ötürülən dizo nuklein turşularının (DNT) miqdarı daha çoxdur.

“Gencaile.az” “Milli.Az”a istinadən xəbər verir ki, ABŞ-ın Karolina ştatının alimlərinin apardıqları tədqiqatlar bunu deməyə əsas verir.

Mütəxəssislər tədqiqatdan sonra əmin olublar ki, uşaqlar hər iki valideyndən eyni sayda gen alırlar. Yalnız cinsiyyət xromosomları istisnadır. Həmin gen nüsxələri fərqli intensivliklə işləyir. Bu səbəbdən də genlərin ekspressiyasını araşdırmağa çalışıblar.

Mütəxəssislər üç qrup siçanı cütləşdirərək 10 bala alıblar. Bala siçanlar böyüyəndə alimlər onların bədənlərində genlərin ekspressiyasını araşdırıb. Tədqiqatçıları ana və ata genlərinin sayı da maraqlandırıb. Məlum olub ki, ata genləri 60% daha çox aktivlik göstərir. Misal üçün, heyvanların beyinləri atalarının beyinlərinə daha çox bənzəyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir