Dəmir uşaqların inkişafı üçün ən vacib minerallardan biridir. Dəmir çatışmazlığı olduqda, orqanizm kifayət qədər hemoglobin istehsal edə bilmir və nəticədə hüceyrələrə oksigen daşınması azalır. Bu vəziyyət “dəmir çatışmazlığı anemiyası” adlanır və xüsusilə 6 ay–5 yaş arası uşaqlarda geniş yayılmışdır.
Uşaqlarda dəmir çatışmazlığının əsas səbəbləri
1) Qida ilə kifayət qədər dəmir almamaq
Ət, yumurta, paxlalılar, yaşıl yarpaqlı tərəvəzlər kimi məhsulların az istifadəsi.
2) Sürətli böyümə dövrü
1–3 yaş uşaqlarda böyümə sürətli olduğuna görə daha çox dəmirə ehtiyac yaranır.
3) Ana südündən süni qidaya düzgün keçməmək
Bəzi uşaqlar uzun müddət təkcə süd ilə qidalanır və əlavə qidalanmaya gec keçirlər.
4) Həzm sistemi problemləri
Glutenə həssaslıq, qurdlar (helmintlər), xroniki ishal kimi vəziyyətlər dəmirin sorulmasını azalda bilər.
5) Çox süd içmək
Gündə 500 ml-dən çox inək südü uşaqlarda dəmir çatışmazlığını artırır.

Əlamətlər
Dəmir çatışmazlığı olan uşaqlarda aşağıdakı əlamətlər görünə bilər:
Tez yorulma
Solğunluq
Diqqətsizlik, yaddaş zəifliyi
İştahsızlıq
Dırnaqların qırılması
Saç tökülməsi
Ağız kənarında çatlar
Tez-tez xəstələnmə (immunitetin zəifləməsi)
Müalicə
1) Qidalanmanın düzəldilməsi
Dəmir mənbələri:
Qırmızı ət (ən yaxşı mənbə)
Toyuq, hinduşka
Yumurta sarısı
Noxud, mərci, lobya
Qaragilə, qaysı, kişmiş
İspanaq və digər yaşıl tərəvəzlər
Dəmirin sorulmasını artıran: C vitamini (portağal, limon, kivi)
Sədd yaradan: çay, kakao, çox süd
2) Dəmir preparatları
Həkim tərəfindən yazılır.
Damla və sirop formasinda olan vasiteler
Müalicə adətən 3–6 ay davam edir. Dəmir qəbulu qarında ağrı və ya qəbizlik verə bilər – bu normaldır.
Profilaktika (qarşısının alınması)
6 aydan sonra uşağa əlavə qidalar düzgün şəkildə verilməlidir.
Məktəbyaşlı uşaqlar həftədə azı 3 dəfə ət yeməlidir.
Çox süd içmək məhdudlaşdırılmalıdır.
Qurd əleyhinə müalicə həkim nəzarəti ilə verilməlidir.
Ferritin səviyyəsi ildə ən az bir dəfə yoxlanılması məsləhətdir.
Nəticə
Dəmir çatışmazlığı uşaqlarda həm fiziki, həm də zehni inkişafa təsir edə bilər. Vaxtında aşkarlandıqda isə asanlıqla müalicə olunur. Valideynlər qidalanmaya, uşağın enerjisinə, dərisində solğunluğa və tez yorulmasına diqqət etməlidirlər.
Pediatr Qönçə Nəbizadə
(Mütəxəssislə 055 513 12 16 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz.)













































































































































































Dəmir çatışmazlığının uşaq inkişafına təsirini yaxşı anlatmısınız. Artıq uşağımın qidalanmasında dəyişiklik edəcəm. Sağ olun.
Uşağımda da tez-tez yorulma və solğunluq problemi var idi, indi isə artıq daha diqqətli olacam. Həkimlə də məsləhətləşdim, dəmir çatışmazlığına görə dərmana başlayacağıq. Qidalanmaya da daha çox diqqət edəcəm.
Bu yazı ilə çox şey öyrəndim. Dəmir çatışmazlığının simptomları haqqında bilmədiyim çox şey var idi. Həm də çox süd içməyin zərərli olduğunu ilk dəfə eşitdim. Çox sağ olun.