İlk öncə fiziki inkişaf anlayışı barədə qısa məlumatlanaq.
# Fiziki inkişaf həyatımızda sadəcə müəyyən bir dönəmi əhatə etmir.
Fiziki inkişaf doğum öncəsindən başlayır və ömür boyu davam edən prosesdir.
Bu inkişaf növü öz-özlüyündə müxtəlif mərhələlərə ayrılır.
Uşaq doğulduqdan yetkin yaşa çatana kimi orqanizmin böyüməsi və inkişafı bir qaydada olmur, sürətlə böyümə və inkişaf dövrləri ilə növbələşir.
Birinci il və yetkinlik dövründə insan daha sürətlə böyüyür və inkişaf edir.
İnsanın əsas xüsusiyyətləri təfəkkür ,Nitq və əmək qabiliyyəti ilə sıx bağlı olan hərəki fəaliyyətdir.
Bu funksiyalar 2 yaşdan 4 yaşa qədər əmələ gəlir.18 yaşa çatdıqda əsas fizioloji funksiya göstəriciləri yaşlı adamın funksiya göstəricilərinə yaxınlaşır.
#Uşağın ümumi inkişafı və sağlamlığı əzələ fəaliyyətindən aslıdır,çünki orqanizmin bir çox funksiyaları ilə məsələn:tənəffüs,qan davranı və s.ilə əlaqədardır.
Uşaqlarda fiziki inkişaf bir neçə mərhələyə bölünür və bu prosesdə boy artımı,orqanizmin bioloji yaşa uyğun formalaşması,orqanların yetkinləşməsi və müxtəlifmotor bacarıqların inkişafı əsas rol oynayır.Bu mərhələlər yenidoğulandan yeniyetməlik dövrünə kimi davam edir və hər bir dövr özünəməxsus fiziki dəyişikliklərlə xarakterizə olunur.
FİZİKİ İNKİŞAF MƏRHƏLƏLƏRİ İLƏ TANIŞ OLAQ.
# Yenidoğulma və körpəlik 0-1 yaş
Bu dövürdə uşaqlar sürətlə boy atır,çəki alırlar.Böyük motor bacarıqları (ətrafları hərəkət etdirmək,qaldırmaq,oturmaq,sürünmək və s.Kiçik motor bacarıqları (əllərlə əşyaları tutmaq və s.)inkişaf edir.
Məktəbəqədər dövründə 3-6 yaş
Uşaqlarda hərəkət bacarıqları qaçmaq,hoppanıb,atlamaq,velosiped sürmək və s. inkişaf edir.
Orqanizmin formalaşması davam edir
Əzələ sümük sistemi güclənir.
Məktəb yaşı dövrü 6-12 yaş
Uşaqların boy artımı daha stabil olur.Lakin bu dövrlərdə fiziki gücün artığı, koordinasiyanın yaxşılaşdığı bir dövrdür.
Yeniyetməlik dövrü 12-18 yaş
Bu dövr fiziki dəyişikliklərin ən intensiv olduğu dövrdür.
Qızlarda və oğlanlarda cinsi yetkinlik əlamətləri ,boy artımı və s dəyişikliklər baş verir. Orqanizmin formalaşması tamamlanır və bu tam yetkinlik fiziki formanın əldə olunması ilə nəticələnir.
Bu mərhələlər uşağın sağlamlığının göstəricisidir. Onuda qeyd etməliyəm ki,uşaqlarda fiziki inkişafın geri olması birbaşa psixi inkişafın geriləməsinə səbəb ola bilər.
Valideynlərin nəzərdə saxlamalı olduğu bəzi məqamlar vardır.
Bəzən uşaqların sünü şəkildə yaradılmış hərəkətsiz həyat tərzi məsələn, uşaq həyətdə oyun oynarsa üstü çirklənər və s.kimi düşüncələr uşağın həm fiziki həmdə zehni olaraq yaşıdlarından geri qalmasına səbəb olur.
VALİDEYNLƏR UŞAQLARIN FİZİKİ İNKİŞAFINDA BU MƏRHƏLƏLƏRİ BAŞA DÜŞMƏSİ VƏ ONLARI LAZIMI ŞƏKİLDƏ DƏSTƏKLƏMƏSİ VACİBDİR.
Könül Bağırova
Klinik refleksoterapevt, reabilitoloq
vallah bizim vaxtda her kesin yeri torpag olurdu, cox hereket edirdik. indi uşaq ele bil stolda dogulur. guya temiz qalir, ama beden neynesin?
Cox maraqli yazidi. men oglumda motor bacariqlarin biraz gec gelmesini fikirlesirdim, indi baxiram ki, her usagin ferqli inkisaf tempi olur.
Bax bele yazilar lazimdi valideynlere. coxu fikirlesmir ki, uşagin fiziki hereketi ne qeder onemlidi. evde oturub planseetle oynamaqla hec ne elde olunmur.
Menim usagim 4 yasin icindedi, amma hami deyir ki, ele bil 2 yasin usagidi. fiziki olaraq biraz zeifdi. duz yazilib, hereket az olanda inkisaf da geri qalir.
Qizim 6 yasin icindedi, amma yene de velosiped sure bilmir. men de qorxuram deye icaze vermirem. indi dusundum ki, belke de sehv edirem.
Uwaqlar uje her seyi telefonla oynuyur, biz uje bacarmiriq ki, onlari heyete cixardaq. Bu yazilar bir az da olsa insanin fikrini deyisir.
Dogurdan da usagin hereketli olmasi psixikasina da tesir edir. men bunu oz ogluma baxib demisem amma indi burda elmi formada yazilmasi cox faydali oldu.
menim oglumda gec yerime prosesi oldu. indi baxiram ki, 0-1 yasda surunmek, oturmaq ve s. cox onemliymis. valdeynler bunlari ciddi nezere almali.
men oglumun aktivliyi ucun onu daim parkda gezdirirem, qaçmağa qoyuram. Hami deyir “ele bil uşaq azad buraxilmayacaq”. Ama bu yazini oxuyanda bir daha emin oldum ki, duz edirem.