SEVILXANIM

Uşaqlarda həyəcan pozuntusu niyə yaranır?

Baxış sayı: 614

Həyəcan pozuntusu nədir?

Hər canlı orqanizmi təhlükəli vəziyyət qarşısında özünü müdafiə etmək üçün müəyyən reaksiyalar verir. İnsanlarda bu reaksiyalar fiziki, davranış və emosionaldır. Həyəcan mümkün təhlükəyə emosional reaksiyalardan biridir. İnsanlara təhlükələrə qarşı tədbir görməyə kömək edir. Bu mənada zəruri və hətta həyati əhəmiyyət kəsb edir. Ancaq hər bir həyəcan vəziyyəti üçün eyni şeyi deyə bilmərik. Həqiqi və ya qaçılmaz bir təhlükə olmadığı zaman, gündəlik həyatın axınına mənfi təsir göstərən yüksək səviyyədə narahatlıq olduqda həyəcan pozuntusu deyilir.

 

Uşaqlarda həyəcan pozuntusunun əlamətləri hansılardır?

Uşaqlarda görülən həyəcan pozuntusunda böyüklər kimi obsessive davranışlar, ürək döyüntüsü, tərləmə, titrəmə, mənfi inanc və düşüncələrlə yanaşı çəkinmə, həmçinin əsəbilik, yataq islatma/nəcis tutmama, dırnaq yemə, mədə ağrıları və ürəkbulanma kimi simptomlar və izah oluna bilməyən ağlamalar müşahidə oluna bilər.

 

Uşaqlarda həyəcan pozuntusunun səbəbləri nələrdir?

Həyəcan pozuntusu olan uşaqların valideynlərində də oxşar mənzərə müşahidə olunur. Bu vəziyyət həm genetik meyl, həm də sosial öyrənmə ilə izah edilə bilər. Erkən uşaqlıq dövründə həyəcan pozuntusunun ortaya çıxmasında xüsusilə ailə daha təsirli olur. Mükəmməliyyətçi, cəzalandırıcı və ya övladlarını həddindən artıq tənqid edən valideynlərin uşaqlarında tez-tez həyəcan pozuntusu ilə qarşılaşırıq. Valideynlər övladlarından ideal, mükəmməl uşaq kimi davranmalarını gözləyirlərsə, uşaq səhv edəndə və ya qeyri-kafi olduqda ağır cəzalar verirsə, uşağın özünəməxsus qabiliyyət, maraq və çatışmazlıqlarına məhəl qoymursa, övladının əldə etdiyi kiçik nailiyyətləri gözardı edirsə, həyəcan pozuntusu ehtimalı artır. Bundan başqa, öhdəsindən gəlmək çətin olan qorxu və narahatlığa səbəb ola biləcək qeyri-adi mənfi təcrübələr də mühüm amillərdir. Qəza, itki və şiddət kimi təcrübələr uşaqlarda həyəcan pozuntusuna səbəb ola bilər.

 

Uşaqda həyəcan pozuntusu varsa nə edək?

Uşaqda həyəcan pozuntusu əlamətləri meydana gəldiyi zaman,  ailə bu əlamətləri çox yaxşı müşahidə etməlidir. Semptomlar düşüncə və emosional səviyyədə qalırsa, yəni uşaq yalnız mənfi fikirlər və narahatlıqlar haqqında danışırsa, lakin başqa davranış və ya fiziki əlamətlər göstərmirsə, bu həyacanın yüngül formasıdır. Bu zaman ailə uşağa anlayışla yanaşmalı, onun dediklərinə səbrlə -hətta təkrar-təkrar qulaq asmalı,  onu anlamağa çalışdığını bildirməli, onun mənfi fikir və hisslərinin nə dərəcədə real və necə olduğunu birlikdə qiymətləndirməlidir. Ancaq uşağa heç vaxt “bunlar boş fikirlərdir, boş yerə narahat olursan” kimi mesajlar verilməməlidir.  Sizi başa düşmədiyinizi və ya qayğı göstərmədiyinizi hiss etmək həyəcan pozuntusunun mənzərəsini daha da gücləndirməkdən başqa bir şey etmir.

Uşaqda emosiya və düşüncə ölçüsündən əlavə ürək döyüntüsü, tərləmə, ürəkbulanma, qarın ağrısı kimi fiziki əlamətlərlə yanaşı, əgər çəkinmə, dırnaq yemə, yataq islatma, əsəbilik kimi davranış əlamətləri varsa, ailə mütləq bir mütəxəssisdən dəstək almalıdır.  Vaxtında müdaxilə olunmayan psixopatologiyalar yeniyetməlik və yetkinlik dövründə daha ağır və mürəkkəb xəstəlik hallarına səbəb ola bilər.

 

Psixoloq Sevilxanım Bunyatzadə




2 şərh “Uşaqlarda həyəcan pozuntusu niyə yaranır?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir