Çox vaxt valideynlər uşaqlarının əksər qidaları yeməməsi barədə şikayətlənirlər. “Uşağım meyvə yemir, tərəvəz yemir, ağartı məhsulları, ət məhsulları və.s.” qidaları tükətmədikləri üçün narahatlıqlarını bildirirlər.
Bəs uşaqlarda yaranan “qidalanma pozuntusu” kimi problemlər niyə yaranır?
Səbəblər müxtəlif ola bilər. – bioloji, funksional, psixoloji,sosial-mədəni problemlər və əsasəndə belə uşaqlarda sensor inteqrasiyanın pozulması hallarına rast gəlirik.
Seçici qidalanma əsasən 2-6 yaşlı uşaqlarda daha çox müşahidə olunur. Sadəcə olaraq uşaqlarda yaş artdıqca bu durum azalsa da xüsusi uşaqlarda ( autizm, daun sindromlu, inkişaf etaplarının ləngiməsi olan və s. ) uşaqlarda bu hal arta bilər.
Qidalanma rejimi pozularsa, uşaqlarda hansı problemlər yarana bilər?
Qida seçiciliyi olan uşaqlarda qida çatışmazlığı, vitamin və minerallarla zəngin qidaların qəbul edilməməsi, beyni qidalandıran vitamin komplekslərinin çatışmazlığı və .s. kimi hallar, fiziki inkişafın ləngiməsinə, qavrama qabiliyyətlərinin, yaddaşın zəifləməsinə, qəbzlik-həzmsizlik hallarının və başqa problemlərin yaranmasına gətirib çıxarır.
Bu uşaqlar yalnız müəyyən iydə, rəngdə olan məhsulları qəbul edirlər. Təəssüf ki, hazırda cəmiyyətdə geniş yayılmış yüksək enerji dəyərinə malik işlənmiş qidalara ( abur-cuburlar, hazır qidalar və.s.) üstünlük verilməsi bu problemin həllini çətinləşdirir.
Bəzən valideynlər uşağa yemədikləri qidanı məcbur edərək yedizdirmək istəyirlər. Bu yanlışdır! Dəfələrlə təklif etdiyiniz halda uşaq qidanı yemirsə, ağzında saatlarla saxlayıb udmursa, öyüyüb qaytarırsa, siz peşəkar mütəxxəsislərdən dəstək istəyə bilərsiniz. Çünkü bu hallar uşaqda psixoloji travma yarada bilər.
Qidalanma davranış pozuntusu (qida seçiciliyi) olan uşaqlarda dad duyğusu qapalı ola bilər və uşaq dadını bilmədiyi qidanı yeməkdə çətinlik çəkə bilər.
Dad duyğusunun qapalı olması isə sensor pozuntudur. (mərkəzi sinir sistemində sinir impuluslarının axınının azalmasına səbəb olan bir və ya bir neçə duyğu orqanına xarici təsirin qismən və ya tam dayanması)
Bəzən uşaq ananın təklif etdiyi yeməyi bilərəkdən yemir, ağlayır, qışqırır və öz istəyinə çatmaqçün ananı manipulyasiya edir.
Əgər uşaq yeyə bildiyi halda hər hansı bir qidanı yemirsə, həmin vaxt valideynlər uşağa başqa çeşid yemək təklif etməməlidirlər.
Narahat olmamalıdırlar ki uşaq ac qalar, küsər və s.
Biraz səbirli olmaları məsləhətdir. Uşaqlarda qidalanma davranışının öhdəsindən gəlmək valideynlərçün çətin olarsa mütəxəssislə məsləhətləşmək lazımdır.
Könül Bağırova
Klinik Refleksoterapevt, Reabilitoloq
Mənim də uşağım bəzən müəyyən qidaları qəbul etmədiyi üçün narahat idim. Bu yazı mənə çox kömək etdi. Bilmirdim ki, bu tip problemlər sadəcə fiziki deyil, həm də psixoloji cəhətdən də təsir göstərə bilər. İndi uşağımın qida seçiciliyini daha yaxşı başa düşürəm. Mütəxəssisə müraciət etməyi də düşünürəm.
Çox təşəkkür edirəm bu yazıya görə. Mənim oğlum 4 yaşındadır və heç tərəvəz yemir. Elə bil məhz bizim üçün yazılıb. Məcbur etməyin zərərli olduğunu bilirdim, amma belə ətraflı oxuyunca daha diqqətli olmaq lazım olduğunu anladım. Könül xanım, çox sağ olun!
Sensor inteqrasiya pozuntusu və dad duyğusunun qapalı olması məsələsi çox düzgün vurğulanıb. Bu sahədə hələ də cəmiyyət arasında məlumat azdır. Bu cür yazılar maariflənmə üçün çox önəmlidir. Təşəkkür edirəm!
Bağçada tez-tez bu hallarla qarşılaşırıq. Bəzən valideynlər günahı məktəbə atırlar, amma yazıda qeyd olunduğu kimi, məsələ çoxfaktorludur. Məqalə həm valideynlər, həm də müəllimlər üçün gözəl bir bələdçidir. Könül xanımın fikirlərinə qatılıram.
Məncə uşaqlar yeməyi seçəndə çox vaxt bizi “sınağa” çəkirlər. Əlbəttə, bəzi hallarda bu davranışın arxasında tibbi səbəblər də olur. Yazı bunu çox gözəl izah edir. Açığı, mən də bəzən əsəbləşib zorla yedizdirməyə çalışmışam, indi peşman oldum.
Mənim övladım autizm spektrindədir və illərdir bu seçici qidalanma ilə mübarizə aparırıq. Könül xanımın vurğuladığı hər bir nöqtə bizim həyatımızda yaşanıb. Belə detallı və empatik yazılara çox ehtiyac var. Təşəkkür edirəm!