usaq

Uşaqlarda yaranan aqressiyanın səbəbləri nədir?

Baxış sayı: 1. 162

Günümüzdə qarşılaşdığımız və son zamanlar ən çox müraciət edilən məsələlərdən biri də uşaqlarda aqressiv davranışlardır. Doğrudur, bu məsələ hər zaman olub, lakin müşahidələrimiz də bir daha göstərir ki, son illərdə bu problemlərlə üzləşən valideynlərin sayı əvvəlki illərlə müqayisədə artıb. Bəs, bəzi uşaqlarda erkən yaşda yaranan aqressiyanın səbəbləri nədir?

PRİM – “Psixososial Reabilitasiya və İnkişaf  Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızı deyir ki, aqressiv davranış və aqressiya halını yaradan ilkin səbəblər qeyd etdiyimiz kimi genetik faktor, ətraf mühit, tərbiyə üsulu və ailə mühiti ola bilər.

almara Melikova

Ekspertin sözlərinə görə, genetik faktor aqresiyyanı ötürən bir amildir. Əsasən nəsildən-nəsilə ötürülən xüsusiyyətlər var və bu xüsusiyyətlər birbaşa sinir sistemi vasitəsilə ötürülür. Əgər həmin irsin, genotipin sinir sistemində müəyyən mənada qıcıqlanmaya yüksək meyillilik, hərəkətlilik, yəni aqressiyaya meyillənmə halı varsa, bu da təbii ki, uşağa ötürülmüş olur. Yuxarıda dediyimiz kimi, Digər bir amil isə tərbiyə üsuludur. İstər ailə içərisində, istər bağçada, istərsə də məktəbdə tərbiyə üsulu düzgün seçilməlidir. Uşağa uyğun şəkildə, onun fərdi bacarığına uyğun şəkildə seçilməlidir. Əksi olduğu təqdirdə yenə də bu uşaqlarda aqressiv davranışa səbəb olur. Son olaraqsa ailə mühitini qeyd edə bilərik. Hansı ki, ailə mühiti dediyimizdə ilk növbədə uşağın dünyaya gəldiyi ailə və o ailənin tərbiyə üsulu, uşağı böyütmə üsulu nəzərdə tutulur.

Mütəxəssis deyir ki, psixoloqlar adətən aqressiyanın zərərli və zərəsiz olmaqla iki formasını qeyd edirlər: Zərərsiz aqressiya israrlı, aqressiv olmayan, özünü qoruyan bir davranışdır. Bu cür davranış təhlükə zamanı qeyd olunur və müdafiə xarakteri daşıyır. Təhlükə aradan qalxdıqdan sonra bu cür aqressiv təzahürlər yox olur. Zərərsiz aqressiya uşağın həyatının ilk aylarında aşkar edilə bilər. Bu cür aqressiya körpənin ətraf mühitə normal uyğunlaşmasına, dünyanı tanımasına və özünü təsdiqləməsinə kömək edir. Zərərli aqressiya digər insanlara zərər verən davranışdır. Əlbəttə ki, qəzəb, qisas almaq istəyi özünümüdafiə vasitəsi ola bilər, amma buna baxmayaraq başqalarına ziyan verə bilər. Zərərli aqressiya qəflətən baş verə bilər. Bu aqressiya forması uşaq doğulandan dərhal sonra görünmür, ona ağrı və ya xoşagəlməz həyəcanlar törədəndə aktiv olur. Bəzən, uşağın başqasına ağrı verəndə həzz aldığını görə bilərik.

“Aqressiyanın qarşısını necə almaq olar” sualına isə Almara xanım aşağıdakı kimi cavab verdi:” Aqqressiyanın aradan qaldırılması əsasən uşaq və valideynlər arasındakı əlaqənin keyfiyyətindən asılıdır. Sevgi və mehribanlıq, müsbət emosional atmosferli münasibətlər uşağın vacib sınaqlardan, ağrılardan qaçmasına və emosional rifahın qorunmasına kömək edir.”

 

Hazırladı: MƏTİN




5 şərh “Uşaqlarda yaranan aqressiyanın səbəbləri nədir?

  1. Cavid

    Aqressiya ailədən qaynaqlanır. Ailənin bünövrəsi qoyulandan bu nüanslara diqqət etmək lazımdır.

    Cavabla
  2. Aydan Əbdürrəhmanova:

    Məncə, aqressiyanı yaradan səbəblərdən biri də psixi müqavimətin zəif olmasıdır. Düşünürəm ki, bu çox kiçik yaşlarından yaranır, yeniyetməlik dövründən özünü göstərir. Ailələrdə uşağa çox kiçik yaşlarından “sən sus”, “sən danışma” kimi sözlər deyilir. Uşağın fikri dinlənilmir. Onun hər hansı bir əşyaya toxunmasına icazə verilmir. Bu da uşaqda yığılır, yaş üstünə yaş gəldikcə və cəmiyyətdəki digər mənfi hallar da toplandıqda, aqresiya yaratmağa başlayır. Məncə, gənclərdə aqressiyanın əsas yaranma səbəbi ictimai qınaqdır.

    Cavabla
  3. Ülviyyə Həsənzadə:

    Evdə nə olursa, uşaq onu götürür və ətrafa da onu yayır. Uşaqda aqressiyanın yaranma səbəblərinin biri də ata-ana problemləridir. Məsələn, ata deyəni ana, ana deyəni ata qəbul etmir. Bu zaman uşaq bir küncə sıxılır, özünə qapanır. Uşaq nəsə demək istəyəndə danışmağa icazə vermirlər. Və bu zaman uşaqda özgüvən problemləri yaranır. Bu da zamanla aqressiyaya səbəb olur. Uşaq özündən böyüklərin onunla davrandığı kimi davranmağa başlayır.

    Cavabla
  4. Mehparə Maqsudova

    Uşaqların aqressiv olmasını istəmirlərsə, valideynlər uşaqla davranışlarında daha diqqətli olmalı, ailədə konfliktlər varsa uşağın yanında bunu əks etdirməməli, televizor, komputer, telefon və planşetlərdə baxdğı filmlərə, oyunlara, cizgi filmlərinə nəzarət etməlidirlər.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir