Zumrud Haqverdiyeva

Uşaqlığınız mənəvi olaraq nə qədər sağlam keçib? – “SEANS VAXTI”

Baxış sayı: 443

Çoxumuz uşaqlıq travmalarının və çatışmazlıqlarının təsiri ilə maraqlanırıq. Görəsən uşaqlığınız nə qədər emosional olaraq sağlam keçib?

Valideynlərlə münasibətlər uşağın inkişafında çox mühüm rol oynayır. Təəssüf  ki, mükəmməl evdə böyümək hər kəsə nəsib olmur. Bir çox uşaqlar valideynlərinin çatışmazlıqlarının psixoloji nəticələrini sonradan yaşayırlar. Uşaqlığınızın nə qədər emosional sağlam keçdiyini heç düşünmüsünüzmü? Emosional cəhətdən qeyri-sağlam bir uşaqlıq keçirdiyinizi göstərən altı əlamət var.

 

Özgüvən əskikliyi

Özgüvənin aşağı olmasına səbəb olan bir neçə amil var. Münasibət, stresslə bağlı problemlər, travmatik hadisələr və digər çətinliklərin hamısı rol oynayır. Emosional cəhətdən zorakılıq edən valideyn tərəfindən tərbiyə olunanlar, özlərini daha az inamlı hiss edə bilərlər.

 

Həddindən artıq özünü tənqid

Ən çox özünüzü tənqid edirsiniz? Başqaları sizə tez-tez “özünüzə çox sərt davranırsınız” deyirlərmi? Bu özünü tənqid aşağı özünə özgüvənlə  yanaşı gedir və çətin uşaqlıqdan da yarana bilər. Əgər hər zaman günahlandırıldığınız bir evdə böyümüsünüzsə, hətta sizin günahınız olmasa belə, özünüzü günahlandırmaq vərdişinə davam edə bilərsiniz.

 

Emosiyalarını ifadə etməkdə çətinlik

Uşaqlıqda ehman edilmək, sonradan müəyyən emosiyaların boğulmasına çevrilə bilər. Əgər uşaqlıqda özünüzü təhlükəsiz hiss etmirdinizsə, böyüklər kimi bunu etmək daha çətin ola bilər.

 

Rədd edilməyi qəbul etməmək

Rədd edilmə haqqında düşünmək həmişə qorxuludur. İşə müraciət etməyə gəldikdə, rədd cavabı ümumi qorxuya çevrilir.  Qeyri-real mükəmməllik standartları ilə böyüdülmüş şəxslər hər hansı bir rədd cavabı ilə daha həssas ola bilirlər.

 

 Güvənsizlik

Güvən problemləri emosional cəhətdən sağlam olmayan uşaqlığın başqa bir ümumi əlamətidir. Valideynləriniz sizə lazım olan qayğı və dəstəyi təmin edə bilməmişlərsə, başqalarına etibar etmək daha çətin ola bilər.

 

Uğursuz münasibətləri olur

Münasibətlər haqqında ilk təsəvvürümüz valideynlərimizlə münasibətimizdən irəli gəlir. Keçmiş və ya indiki münasibətlərinizi düşünün, partnyorunuz sizə necə münasibət göstərib?  Zəhərli partnyor və zəhərli valideyn arasında hər hansı oxşarlıq tapa bilərsinizmi?

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir