VALIDEYN

Valideynlərin MENYUSUNA: Uşaqlarınıza belə dəstək olun!

Baxış sayı: 185

Yaddaş problemi uşaqlarda tez-tez rastlanan problemlərdən biridir. Məktəb dövründə unutqanlığın olması uşaqların dərslərində bir sıra çətinliklər meydana gətirir.

Beləliklə, unutqanlığın və diqqət dağınıqlığının qismən aradan qaldırılmasının yollarını sizə təqdim edirik.

 

1) Hesablamaları əllə edin

Bildiyimiz kimi məktəb dövründə bəzi uşaqlar hesablamaları  kalkulyatorla edir. Bu isə uşağın həm dərsi yaxşı qavramamasına, həm də yaddaş problemlərinə gətirib çıxara bilər. Uşaqlara bacardığınız qədər hesablamaları əl ilə etməyi öyrədin.

 

2) Nömrələri əzbərlətməyə çalışın 

Bəli, uşaqların yaddaşını möhkəmlətmək üçün ən asan yollardan biri də budur. Ailə üzvlərinizin nömrələrinizi uşaqlara əzbərlədin. Bu, yaddaşla yanaşı, uşaqların gündəlik həyatlarında təhlükəsizlikləri üçün də vacibdir.

3) Televizor izləməyi, kompüter və tabletlə keçirilən müddəti azaldın

Müasir zamanda bunlardan uzaq durmaq çox çətindir. Ancaq uşaqların sağlamlığı, diqqət dağınıqlıqlarının qarşısının alınması üçün müəyyən qədər diqqətli olmaqda fayda var. Ən azından ərgənlik yaşına çatana qədər nəzarət etmək həm uşağınız, həm də sizin üçün yaxşı olacaqdır.

 

4) Şəkər və şəkərli qidalardan az istifadə edin 

Uşaqları şirniyyatlardan, tərkibində şəkər olan qidalardan uzaq tutun. Mümkün qədər təbii qidalarla bəsləməyə çalışın. Bol-bol meyvə yedizdirin.

Və.ən əsas, evdəki rahat həyat və güvən ortamının uşağın beyin inkişafı üçün ən önəmli amillərdən olduğunu unutmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir