Fazile Camalova

Valideynlərlə uşaqlar arasında hansı münasibətlər qurulmalıdır?

Baxış sayı: 1. 014

Ailədə ana, ata və uşaq müxtəlif mövqe və rollara malikdir. Uşağın inkişaf ehtiyaclarını ödəmək valideynlərin vəzifəsidir. Bu ehtiyaclar qayğı, qorunma, sevgi və məhəbbət, dəyərli olmaq, həmçinin təhsildir. Bu ehtiyacları qarşılamaq üçün müxtəlif mədəniyyətlərdə və cəmiyyətlərdə analıq və atalıq rolları dəyişsə də, əksər cəmiyyətlərdə analar uşağın qayğısına qalmaq rolunu öz üzərlərinə götürürlər. Uşağın sosiallaşması prosesində atalar çox mühüm rol oynayır. Ailədə əsas vəzifələr valideynlərin üzərinə düşür. Uşaq öz ehtiyaclarını ödəmək üçün valideynlərindən asılıdır. Bütün uşaqlar ana və ya  atanın vəzifə və məsuliyyətlərini öyrənir. Valideynlərin ailə üzvlərinin ehtiyaclarını ödəmək vəzifələrini uşağa buraxması ilə yanaşı, bu da ailənin öz funksiyalarını yerinə yetirməməsinə səbəb olur.

 

-Valideynlər uşaqları ilə dost münasibəti qurmalıdırmı?

Dost olmaq və mehriban davranmaq fərqli şeylərdir. Dostluq münasibəti, qarşılıqlı mübadiləsinin balanslaşdırıldığı,problemlərin qarşılıqlı bir-biri ilə bölüşməsi, hər iki tərəfin eyni şəkildə verdiyi və aldığı bərabər münasibətdir. Valideynlər və uşaqlar arasında belə bir əlaqə mümkün deyil. Valideynlər uşağın problemləri ilə maraqlanır və onların həlli üçün səy göstərirlər, lakin uşağın valideynlərinin problemləri ilə eyni şəkildə məşğul olması  düzgün bir hal deyil. Valideynlərin övladlarına dost kimi yanaşması onlarla oynamaq, onlarla vaxt keçirmək, problemlərini dinləmək, maraqları ilə maraqlanmaq deməkdir. Bu xüsusiyyətlər valideyn-övlad münasibətlərində artıq mövcud olmalı və isti münasibət qorunmalıdır. Uşaq bir çox hisslərini valideynləri ilə bölüşməlidir, lakin valideynlərin öz hisslərini və düşüncələrini eyni açıqlıqla övladları ilə bölüşməsi uyğun deyil. Ona görə də valideynlərin övladları ilə danışarkən, paylaşarkən uşağın düşüncə səviyyəsinə uyğun və başa düşülən mövzulardan kənara çıxmaması, uşağın anlaya biləcəyi söz və anlayışlardan istifadə etmələri çox vacibdir Uşaq  dünyanı dərk edərkən, xüsusən də erkən yaşda valideynlərinin izahatlarına və şərhlərinə arxalanır. Bu mənada valideynləri bəzən başa düşmək və ya həzm etmək çətin olan məsələlərdə anlayışlı olmağa məcburdur və uşağa izahat verilməlidir.

 

– Valideynlər özləri ilə uşaqları arasında sərhədləri necə müəyyən etməlidirlər?

İnsanlar bir ailədə birlikdə yaşadığı zaman  öz fərdi sərhədlərini qorumalıdır. Bu sərhədlər ortaya  fərqli xüsusiyyətlər çıxarır.  Ailə daxilində və həyat yoldaşları arasında sərhədlər olduğu kimi, valideynlər və uşaqlar arasında da sərhədlər olmalıdır. Həyat yoldaşları arasında paylaşılan bir çox şeyi uşaqlarla bölüşmək uyğun deyil. Onların həyatında uşaqların bilməsi lazım olmayan çox şeylər ola bilər. Məsələn, münasibət problemləri, cinsi münasibətləri, iş yeri problemləri, maliyyə problemləri kimi bir çox anlayışlar düşünən uşaqların, xüsusən də yeniyetməlikdən əvvəl düzgün anlaya biləcəyi mövzular deyil. Düzgün başa düşə bilmədikdə, uşaqlar həddindən artıq narahatlıq keçirə və uyğun olmayan reaksiyalar göstərə bilərlər. Valideynlər, xüsusilə uşağı qorumaq və lazımsız sıxıntıların qarşısını almaq üçün uşağın məsuliyyət sahəsinə aid olmayan məsələlərə məhdudiyyətlər qoymalıdır.

Ata  və ana övladına görə məsuliyyət daşıyır. Uşağın yaşadığı problem, başına gələn hər  hansı bir hadisə  təhsil və s kimi bütün ciddi məsələlərdən valideyn xəbərdar olmalıdır. Daha çox məsuliyyət daha çox səlahiyyət deməkdir. Başqa sözlə, valideynlər övladları ilə bağlı qərarlar vermək və tənzimləmək səlahiyyətinə malikdirlər, çünki bu qərarların nəticələrinə görə məsuliyyət daşıyacaqlar. Bu səbəbdən mühüm qərarlar verilərkən uşağın fikri nəzərə alınmalı, lakin son qərar valideynlərə məxsus olmalıdır. Uşaqlar valideynlərinin qərarlarına hörmət etməyi öyrənməlidirlər. Ümümiyyətlə qanunlara əsasən uşağın inkişafındakı hər hansı pozuntulara görə valideynləri məsuliyyət daşıyır.

 

Uşağa nə qədər azadlıq verilməlidir? Bu sərhədləri necə çəkmək olar?

Uşağa verilən azadlıq  uşağın yaşı və idrak inkişafı ilə mütənasib olmalıdır. Valideynlər uşağa seçim təklif edir və uşağın onların arasında seçim etməsini istəyə bilər. Yaş irəlilədikcə uşağın öz istəkləri mütləq nəzərə alınmalıdır. Ünsiyyət bacarıqları inkişaf etdikcə uşaq valideynlərini öz istəklərinə inandırmaq bacarığı qazanır. Bu, uşağın təşəbbüs göstərməyə başladığının və öz şəxsiyyət xüsusiyyətlərini ortaya qoymağa başladığının göstəricisidir. Valideynlər bu istəkləri başa düşməli və hörmət etməlidirlər.

 

Fazilə Camalova

Psixoloq, refleksoloq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir