Çox işləmək lazımdır. Lakin can attıdığımız maliyyə müstəqilliyi tamam gözləmədiyimiz şeylərdən də asılıdır. Pulun artmasını təmin etmək sərt qənaət nəticəsində deyil, büdcənin formalaşmasına savadlı yanaşma ilə mümkündür.
Maliyyə vəziyyətinin yaxşılaşması üçün 6 vacib məsləhəti təqdim edirik:
Büdcənizə uyğun gəlməyən restoranlara və bahalı istirahətə pul xərcləməyin. Müntəzəm alış-veriş sizin maliyyə vəziyyətinizi sarsıdır. Bu, tamamilə əsassızdır. İmkanlı adamların etdiyi kimi edin – sağlam ev yeməyi yeyin və bahalı restoranı xüsusi hal üçün istifadə edin.
Dəbin dalınca qaçmayın. İndi dəbdə olan tendensiyalar bir-birini elə tez dəyişirlər ki, mövsüm ərzində 10 paltar almaq qərarı ağıllı qərar hesab olunmur. Sizin həyat tərzinizə uyan bir neçə geyimdən istifadə edin. Nəfis və şux görünüş heç də paltarların xidməti deyil.
Son moda qadjetlərə və son model avtomobillərə meyil etmək lazım deyil. Bu mövzuda ən ağıllı qərar hələlik münasib qiymətə sizə uzun müddət xidmət edə biləcək texnikanın alınmasıdır. Bununla siz həddən artıq bahalı ehtiyat hissələrinin alınması və eksklüziv texniki xidmətdən azad olacaqsız.
Özünüz düzəldə biləcəyiniz heç bir şeyə pul xərcləməyin. Bu, xüsusilə hazır qidaya aiddir. Pizzanı evdə bişirmək daha ucuz, sərfəli və əyləncəlidir. Paltarların təmiri, yuyulması və adi ev təmizliyi də bura daxildir.
Bahalı təhsilə çox da meyil etməyin. Bir çox varlı adamlar dövlət təhsil müəssisələrinə, universitetlərə, liseylərə, kolleclərə üstünlük verirlər. Pulsuz təhsilin səviyyəsinə görə özəl, pullu təhsildən geri qalması məsələsi sadəcə mifdir, kapitalizm oyunudur. Əksinə, büdcədə deşik yaratmır.
Əgər uşaqlarınızın istədikləri hər şeyi ala bilsəniz belə, onların təkidlərinə uymayın. Hədiyyələrdən tam imtina etmək təbii ki, olmaz, amma müəyyən məhdudiyyətlər uşaqları öyrədəcək ki, əşyaların qədrini bilsinlər.