xemir

Xəmir yeməkləri ilə bağlı nələri bilməliyik?

Baxış sayı: 162

Azərbaycanın milli mətbəxi dedikdə ağlımıza dünyanın qədim, zəngin və ləzzətli yeməkləri ilə bol olan bir mətbəx gəlir. Azərbaycan mətbəxində 2000-ə yaxın xörək məlumdur. Əlbəttə, bu mətbəxi dəqiq araşdırmaq çox da asan deyil.Xəmir yeməkləri və kulinar məmulatları isə Azərbaycan mətbəxində xüsusi yer tutur.

Yay mövsümündə xəmir yeməklərindən az istifadə etmək daha məqsədəuyğundur. Çünki xəmir xörəklərindən çox istifadə etdikdə insanlarda halsızlıq və yorğunluğa səbəb olur.

Havaların soyuması ilə əlaqədar qida rasionuna müəyyən dəyişikliklər etmək olar. İnsanlar soyuq havalarda xəmir yeməklərindən daha çox istifadə edir, əsasən də xəngəl, xəşil, düşbərə, əriştə və gürzədən. Xəmirdən hazırlanmış şorbalar soyuqdəymənin qarşısını almaq üçün geniş istifadə olunur.

Xəmir yeməklərinin kalorisi yüksək və karbohidratla zəngin olduğu üçün normadan artıq qəbul edildikdə insan orqanizmində ciddi problemlər yarada bilər. Bu yeməklər əsasən nahara salınmalıdır ki, yeyildikdən sonra aktiv iş həyatı həzmi asanlaşdırsın. Axşam isə xəmir yeməklərinin qəbulu tövsiyə olunmur, çünki həzm prosesi çətinləşir.

Yaxşı olardı ki, həftəlik qida rasionunda xəmir xörəklərindən az istifadə edilsin. Hər həftə mütəmadi şəkildə qutab, xəngəl və un məmulatlarından istifadə məsləhət görülmür. Xəmir xörəklərinin ət və toyuqla qarışdırılması tövsiyə olunmur. Belə qidaların tərəvəz və ya qatıqla yeyilməsi məsləhətdir.

Xəmir yeməklərini hazırlayarkən istifadə edilən una da diqqət yetirmək lazımdır. Xəmir yeməklərində əsasən kəpəkli undan, qara yulaf unundan istifadə etmək tövsiyə olunur. Çünki kəpəkli un buğda unundan fərqli olaraq, həm kalorisi aşağıdır, həm də rahat həzm olunur. Məhz buna görə də, yulaf, çovdar və kəpəkli undan hazırlanan xəmir xörəkləri daha faydalıdır.

Əgər xəmir yeməklərindən düzgün qaydada istifadə edilərsə, insan sağlamlığına heç bir zərər gəlməz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir