Uşaqların və böyüklərin sevimli menyusuna daxil olan xırçıldayan toyuğun hazırlanması üçün aşağıdakı ərzaqlar lazımdır:
Ərzaqlar:
Toyuq hissələri bud, qanad və ya toyuğun dözş əti (hər biri 500 qram)
1 litr su
4 xörək qaşığı duz
1 xörək qaşığı şəkər
2 xörək qaşığı alma sirkəsi
3 stəkan un
1 stəkan qarğıdalı nişastası
2 xörək qaşığı qırmızı istiot
1 çay qaşığı qara istiot
2 xörək qaşığı sarımsaq tozu
4 yumurta
1 paket qabartma tozu
1 stəkan soyuq su
1 litr duru yağ
Hazırlanma qaydası:
Bir qabın içinə suyu tökün, ora duz, şəkər, sirkə əlavə edib qarışdırın. Toyuğun tikələrini həmin suyun içinə əlavə edib, 4 saat saxlamaq lazımdır. Sonra tikələr aşsüzənə boşaldılır. Daha sonra toyuğun quru olması üçün tikələr salfetin üzərinə qoyulur və yaxşıca qurulamaq lazımdır.
Bir qabın içinə un, qarğıdalı nişastası, toz sarımsaq, duz, istiot əlavə edib qarışdırılır və bu qarışımı iki hissəyə bölüb, hissənin birinə yumurta, qabartma və su əlavə edib qarışdırmaq lazımdır. Daha sonra toyuğun tikələrini yumurtalı qarışıma batırıb yumurtalı qarışıma və una batırıb (kənardakı quru hissəyə) bol yağda qızartmaq lazımdır.
Qazanın altı gur xodda olmalıdır. Yağı çox yaxşı isidib və tikələrin ətrafındakı kütlə həddindən çox böyük olmamasına diqqət etmək lazımdır. Əks halda toyuğun tikələri çiy qala bilər.
Nuş olsun!