sevgi

Xoşbəxt ailənin sirləri – “EVLİSƏN”

Baxış sayı: 489

Əslində insan səadətini başqa yerdə yox, öz evində axtarmalıdır.  Heç bir zaman unutmayaq ki,  ailə həyatınızı sevgi və yoldaşlıq üzərində qursanız, əbədi səadətə nail ola bilərsiniz. Rusiyalı psixoloqlarınının düşüncələrinə görə,aşağıda göstərilən prinsiplərə riayət etsəniz onda xoşbəxt bir ailə sahibi ola bilərsiniz.

Psixoloqlar qeyd edirlər ki, qısa ayrılıqlar ailə münasibətlərini möhkəmləndirir. Uzun ayrılıqlar isə ailənin dağılmasına səbəb ola bilər.

Xoşbəxt ailə üçün bir-birinizin xarakterini yaxşı bilməlisiniz və bir-birinizi başa düşməyə çalışmalısınız. Ancaq bu şəkildə problemlərdən uzaq ola bilərsiniz.

Sevgi

Heç bir anlaşılmazlığın uzunmüddətli olmasına yol verməyin. Qısa bir vaxtda məsələni həll etməyə çalışın.

Çalışın keçmiş nişanlınızdan və ya həyat yoldaşınızdan heç kəsə  danışmayın. Ümumiyyətlə,  keçmişə aid pis xatirələrinizi unudun.

Münasibətlərdə idealist  olmayın. Güzəştə getməyə çalışın  və qarşı tərəfdən sizə tərəf atılan birinci addımı gözləməyin.

Hər vasitə ilə bir-birinizə sevginizi ifadə etməyi unutmayın.

Çətinliklərə təslim olmayın. Həyata ümidlə baxın. Problemlər ilə rastlaşsanız belə üzünüz hər zaman gülsün.

sevgili

Kiçik və ya böyük problemlərə görə bir-birinizi ittiham etməyin. Səhvsiz insan olmaz, bağışlamağı bacarın.

Yersiz və əsassız qısqanclıqlara və ya şübhələrə yol verməyin, çünki  bunlar ailəni uçuruma aparır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir