İDMAN

Yayda bu hərəkətləri etməyin – HƏKİMDƏN XƏBƏRDARLIQ

Baxış sayı: 1. 059

“İdman sağlamlıqdır” deyimi hər zaman üçün aktualdır. İdman edən insanlar özlərini sağlam və gümrah hiss edirlər. Lakin son zamanlar belə bir fikir yayılıb ki, yay aylarında idman etmək təhlükəlidir.

Bəs həqiqətən yay mövsümündə idman etməyin insan sağlamlığına hər hansı bir təhlükəsi varmı?

Mövzu ilə bağlı danışan fizioterapevt Afaq Salamovanın sözlərinə görə, isti aylarda idmanla məşğul olmaq ürək xəstəlikləri olan insanlarda fəsad törədə bilər.

“İdman edərkən əzələlər hərəkət edir, orqanizmdə temperatur artır və enerji sərf olunur. Yay aylarında hava isti olduğu üçün bədən temperaturunun tənzimlənməsi daha çətin olur. Bu da ürək problemi olan insanlarda fəsadlar yaradır. Çünki periferik qan dövranının artması ürəyi təzyiqə salır. Buna görə də məsləhət görərdim ki, yay aylarında daha çox su idman növləri ilə məşğul olsunlar”.

Kardioloq Muxtar Museyibov isə bildirir ki, isti havalarda idman etməyin heç bir zərəri yoxdur:

“İlin bütün fəslində idman etmək insan sağlamlığına müsbət təsir edir. İsti havada isə həddindən artıq idman etmək və günün altında məşq etmək düzgün deyil. Çünki çox hərəkət etdiyimiz zaman daha çox maye itiririk. Buna görə də, su qəbulu digər vaxtlara nisbətən daha çox olmalıdır”.

M.Museyibov onu da qeyd etdi ki, ürək xəstəliklərindən və ya digər xəstəliklərdən əziyyət çəkən insanlar idmana başlamazdan öncə həkimlə məsləhətləşməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir