yeniyetme

Yeniyetmə uşaqların ailələri nələrə diqqət etməlidirlər? – PSİXOLOQ YAZIR

Baxış sayı: 1. 739

Yeniyetməlik dövrü… Nə özünü, nə də ailəni heç cür bəyənmirsən. Bədbəxtlik, ziddlik, tənqidçilik, hirs dövrünün dəyişilməz günləri və s.

Yeniyetmə valideyni olmaq daha da çətindir. Ana-ata sürətlə dəyişən, yenilikləri sınayan, sözə qulaq asmayan uşaqlar qarşısında təəccüb içində olurlar.

Yeni dəyərlərin və davranış növünün axtarıldığı , ailə yerinə dostların və fərdi maraqların əhatəsinin olduğu bu dövrdə nə edilməlidir? Yeniyetmə uşaq nə hiss edir?

Uşaq yeniyetməliyin ilk dövründə fiziki və mənəvi dəyişikliklər qarşısında uyğunlaşma və mübarizə etmək səylərinin yetərsiz olduğunu hiss edə bilər. Hissləri tez – tez dəyişə bilir. Tez sevinib, tez kədərlənib, tez hirslənə bilirlər. Dağınıq və nizamsız olurlar. Xarici görünüşə daha çox önəm verməyə başlayırlar. Mücərrəd düşünmək bacarıqları artır.

Yeniyetməliyin sonlarında isə ən önəmli dəyişiklikləri şəxsiyyət kimi formalaşmaqlarıdır. “Mən kiməm”, “Nə olacam” kimi sualları başlayır.

Yeniyetməlik dövrü 12 – 20 yaş arasıdır. Çox uzun bir zaman dilimindən söz gedir deyə, qazanılan bacarıqlar və qarşılaşdıqları problemlər müxtəlif ola bilər. Bu dövrdə o qədər bioloji və hormonal dəyişiklər gedirki, ailə də uşaqlar qədər çaşqınlıq içindədir. Artıq bu dövrdə sirrlər ailədən çox dostlarla paylaşılır.

Ailə bu dövrdə necə davranmalı?

Valideynlərin etməli olduğu ən önəmli şey uşaqlarına dəstək olmaq, onlara dəyərli olduqlarını hiss etdirməkdir. Dəyərli olduğunu bilən, sevilən, əhəmiyyətli olan bir yeniyetmə əsla özünü doğrultmaq üçün öz başını dərdə salacaq təcrübələrdən keçməyəcək və özünü qorumağı biləcək.

Bu dövrdə əsas ediləcəklər :
Yeniyetmələrə dəyər vermək
Nüfuz boşluğu yaratmamaq
Hirsli olanda vacib məsələləri danışmamaq
Yeniyetmənin özünü açıq və konkret olaraq ifadə etməsinə şərait yaratmaq
Həddindən artıq qoruyucu olmamaq
Sevgi və təqdiri sözlə ona bildirmək.

Psixoloq Zeynəb Əyyubova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir