oyunlar

Ən maraqlı qutu oyunları və qiymətləri

Baxış sayı: 169

Bütün ailə üzvlərini bir araya toplayacaq, evinizin ab-havasını dəyişdirəcək fikirlə qarşınızdayıq! Evdə bol vaxt keçirdiyiniz günlərdə siz də can sıxıntısından şikayətçisinizsə, bu yazımıza yönəlin. Bütün ailə ilə oynaya biləcəyiniz qutu oyunlarını seçib yazdıq.

 

1. UNO

UNO rəng və rəqəm cütləşməsi ilə oynanılan bir kart oyunudur. Oyunçular əllərindəki kartları sıra ilə dəstənin üzərindəki kartlara uyğunlaşdıraraq oynamalıdır. Əlindəki kartları tez bitən oyunu qazanır.

 

2. Jenga

Dünyanın ən çox sevilən tarazlıq oyunu! Jenga-da məqsəd qalanı dağıtmadan, taxta blokları çəkərək qalanın ən üsünə qoymaqdır.

 

3. Tabu

Qutu oyunları arasında son illərdə populyarlıq qazanan Tabu, 1000-dən çox sözə sahibdir. Belə ki, oyunda sizə verilən sözləri istifadə etmədən, kartdakı sözü izah etməlisiniz.

 

4. Monopoly

Qutu oyunları deyildiyi zaman ağla ilk gələn oyun Monopoly-dir. Qazananın da, uduzanın da çox əyləndiyi bir oyundur. Mülkləri satın al, razılaşmalar et və xəyalındakı sərvətə qovuş!

 

5. Twister

Əlinizi, qolunuzu və ayağınızı hara qoyduğunuza diqqət edin! Twister ilə bunu etmək bir möcüzədir. Həm uşaqların, həm də böyüklərin əyləndiyi bir oyundur.

 

6. Scrabble

Oyun taxtası üzərinə düzülən hərflər ilə fərqli ballara sahib hərflərdən yeni sözlər yaratmaq lazımdır bu oyunda. Ballar isə istifadə edilən hərflərin ballarına əsasən hesablanır və ən çox balı olan şəxs oyunu qazanır.

 

7. Hoqqa kart oyunu

Sosial şəbəkələrdən uzaq qalmaq məqsədi ilə Azərbaycanlı gənclərin hazırladığı bu oyun olduqca əyləncəlidir. Həm çəkilən illustrasiyalar, həm də oyunun qaydaları sizi çox güldürəcək!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir