asude vaxt

Asudə vaxtda necə, harda və nə öyrənməli?

Baxış sayı: 187

Hesab edək ki, sizin bir-iki gün yox, uzun sürən asudə zamanınız var. Və bu günləri boşuna sərf etmək istəmirsiniz. Hər bir insanın həyatında yeni biliklər əldə etmək həvəsi yaranır, lakin məşğul olmağa bir iş tapmadıqda bu həvəs tezliklə ölür: ya hər şey maraqsız görünür, ya vaxt uyğun gəlmir, ya da xərci çox çıxır, və beləcə“Özümüz kif bağlamayana, beynimiz isə paslanamyana kimi evdə oturmaq” qərarına gəlirik. Və ya hobbisi olan birisi bir neçə günlük ondan yayınmaq istəyinə düşür. Məhz bu kimi axşamlardan birinisəmərəli keçirməyə kömək olacaq faydalı saytların seçmələrini sizlərə təqdim edirik.

 

KhanAcademy

Ən məşhur saytlardan biri ilə başlayıram. Khan-Academy 2006-cı ildə Amerika əsilli müəllim, Massaçuset Texnoloji və Harvard Universitetlərinin məzunu Salman Xan tərəfindən ərsəyə gətirilmişdi. Saytda riyaziyyat və fizikadan tutmuş mülki hüququn əsasları və incəsənət tarixinə kimi müxtəlif istiqamətlərdə video formatında mikro müzahirələr təqdim olunur. Akademiyanın əsas dili ingilis dilidir, lakin saytda digər dillərdə,həmçinin rus dilində də müzahirələr tapmaq mümkündür.

 

TED

Mikro müzahirələrdən söz açmışkən TED – Technology, Entertainment, Design konfranslarını xatırlamamaq mümkün deyil. Məlumatın təqdim olunma formatı olduqca sadədir: konfransın səhnəsində mövzusunugeniş şəkildə açmağa çalışan mütəxəssis çıxış edir. Burada istiqamətlərin siyahısı daha genişdir –qlobal problemlər, siyasət və əyləncə kimi mövzulara toxunulur. Konfransın səhnəsində Samanta Pauer, Bill Klinton və hətta Bono kimi tanınmış simalar çıxış edib. Konfrans hər hansısa bir şəhərdə baş tutduqdan sonra, konfrans üzvlərinin pulsuz izlənə və yüklənə bilənçıxışları rəsmi saytda yerləşdirilir. 2013-cü ildə təşkilatın iPhone və Android üçün rəsmi tətbiqetməsi rus dilli auditoriya üçün optimallaşdırılmışdı, odur ki, tətbiqetmədə rus alt yazısı ilə də çıxışları izləmək mümkündür. Ümumiyyətlə, burada KhanAcademy-də olduğu kimi fərqli dil kateqoriyalarına aid dinləyicilər üçün müzahirələrin optimalalşdırılması layihəsi icra olunur, istənilən müzahirəni alt yazı ilə izləmək mümkündür. Təşkilatın həmçinin Youtube kanalı da fəaliyyət göstərir.

 

Coursera

Söhbətə daha ciddi qərq olmuşkən Coursera haqqda unutmaq sözsüz ki, mümkün deyil. Bu layihə daha ciddidir, ən azından öz ziyarətçilərinə və hətta digər ölkələrdən olan dinləyicilərinə də poçt vasitəsi ilə yollana bilən sertifikatlar təqdim edir. Layihə, kursları xüsusilə təşkil olunmuş sistem və rejimdə aparan universitetlər ilə əməkdaşlıq edir. Bir çox oxşar layihələrdən fərqli olaraq, Coursera yazıldığınız təqdirdə sizlərə onlayn rejimdə tədris olunacaq tam kurslar təqdim edir, həmçinin diplom alamağı qarşınıza məqsəd qoymusunuzsa, sizdən dərsləri buraxmamaq tələb olunur. Lakin çox vaxt kurslar 8-10 həftədən çox çəkmir və dinləyicilərdən mühazirə və tapşırıqlar üçün həftəyə 2 saat tələb edir (bəli, hətta bəzi hallarda fərdi layihənizi də təqdim etmək və ya tədrisçiyə imtahan vermək də gərəkir, saat fərqini nəzərə alaraq isə son müraciət tarixləri müəyyən edilir). Saytda yenə də ingilis dili üstünlük təşkil edir, lakin çin, ispan, fransız və rus dillərində də kurslar mövcuddur, müxtəlif ölkələrdən olan könüllülərin vasitəsi ilə alt yazılar yerləşdirilir. Layihənin iPhone və Android üçün rəsmi tətbiqetmələri dinləyicilərə internet əlaqə olduğu təqdirdə müzahirələri mobil telefondan da dinləmək imkanı yaradır. Lakin iPhone üçün Transsera kimi qeyri-rəsmi tətbiqetmə də fəaliyyət göstərir, bu tətbiqetmə müzahirələri yükləyib sonra offlayn rejimində dinləmə fürsətiverir.

 

Universarium

Bu yaxınlarda “onlayn-kurs” formatına bənzər rus saytı istifadəyə buraxıldı. Kurslar tamamilə fərqli istiqamətlərə yönəlir: kimya, fizika, riyaziyyat, lakin özü özlüyündə kursların praktiki hissəsinə daha çox diqqət yönəlir, məsələn təcrübələrə. Həmçinin beynəlxalq dissiplinli kurslara da böyük diqqət ayrılır. Kurslar bir neçə qruplara bölünür, odur ki, burada yalnız şəxsi inkişafını artırmaq istəyində olan gənc mütəxəssislər yox, həmçinin yaşlılar da özləri üçün maraqlı çox şey tapa bilər. Sayt, KhanAcademy kimi yuxarı sinif şagirdləri üçün olduqca faydalı ola bilər, qəbul imtahanı öncəsi bilikləri“itiləmək” olar. Saytda yalnız kibernetika və iqtisadiyyat yox, həmçinin leksikologiya, ədəbiyyat, yaradıcılıq, mədəniyyətşünaslıq və multiplikasiya, hətta kulinariyanın əsaslarından da kurslar təqdim edir, odur ki, burada həm öyrənmək, həm də əylənmək mümkündür.

 

Elitarium

Rus dilində daha  bir tədris saytı Elitarium-dur.Öncə sadalanan saytlardan fərqli olaraq bu sayt texniki yox, daha çox sosial sahəyə istiqamətləndirilib: saytda PR, menecmentlik, bacarıqların inkişafı və təsiri, psixologiya və maliyyə üzrə kurslar tədris olunur. Kurslar həmçinin səviyyələrə də bölünür: hər kəs üçün – həvəskarlar, mütəxəssislər və peşəkarlar. Təsisçilər müasirlik, interaktivlik və dərslərin sistemliliyini qeyd edir, lakin öncə sadalananlardan fərqli olaraq, layihənin tək, yalnız böyük bir mənfi tərəfi var – layihədə kurslar ödənişlidir. Lakin üzülməyə dəyməz, sayt özünün başqa bir özəlliyi ilə də faydalı ola bilər – saytda beyinin inkişafı üçün məşqlər, problemləri həll etmə bacarığnın inkişaf metodları, özünün və işçilərin motivasiya bacarıqları metodları, işin təşkili, həmçinin uğurlu reklam və PR-ın əsasları haqqda çoxlu sosial və psixoloji istiqamətlərdə məqalələr yer alır, odur ki, sayt sıxıcı axşamları bir qədər maraqlı etmək üçün faydalı ola bilər.

 

Minute Physics

Youtube kanallarını xatırlasaq, mənim üçün ən çox ziyarət olunan məhz bu kanal olar. Kanalın müəllifi Henri Rayx hər hansısa bir qəliz fiziki hadisəni şəkillər vasitəsi ilə sadə və anlaşılan dildə izah etmək üçün bir dəqiqəlik videoları istifadəçilərin diqqətinə çatdırır. Nəticədə hətta fizikadan anlayışı olmayan birisi belə antimateriyanın nə olduğu, ekzoplanetləri tapmağın necə mümkün olduğu, Böyük Partlayışın nə olduğu və onun Elm və Din ilə nə əlaqəsi olduğ haqqda az ya da çox məlumatlanmış olur.

 

Sıradan Elm

Etməkdən çox izləməyə üstünlük verənlərdənsinizsə, o zaman Sıradan Elm Youtube kanalını tövsiyə etməyə bilmərəm. Bu videolar yalnız böyüklər üçün yox, həmçinin uşaqlar üçün də maraqlı ola bilər. Layihənin fərdi saytı da mövcuddur, burada kiçik qardaş-bacınız və ya uşaqlarnızla birgə təcrübələr həyata keçirmək üçün kitablar və müvafiq ləvazimatlar əldə edə bilərsiniz. Çəkilişləryüksək keyfiyyətli kamera və yaxşı işıqlandırmaya sahib studiyada aparıldığından müxtəlif kimyəvi təcrübələr gözəl alınır. Vodeolar adətən 2-3 dəqiqə çəkir, bu isə axşam vaxt “öldürməyə” və ya işdən evə qayıdarkən tıxacda keçən vaxtı səmərəli keçirməyə kömək olacaq.

 

It’s Okay To Be Smart

Hər hansısa bir mövzuya maraq göstərirsinizsə və lazım olan məlumatı Google-da axtarmağa həvəsiniz yoxdursa, o zaman üzülməyə tələsməyin, sizin əvəzinizə bunu It’sOkayToBeSmart kanalı artıq edib. Burada, qısa müddətə insanın həqiqətən də hansı üsullarla zamana səyahət edə bilməsi, niyə bəzilərimizin solaxay olduğu, Ebola virusunun qısa tarıxçəsi, həmçinin hava iqlimində baş verən dəyişikliklər, NASA-nın Marsa ekspedisiyası, yarasa, pivə və Ulduzların savaşında baş verən döyüşlərin fizikası haqqda bilməyimiz gərəkən hər şeyi öyrənə bilərsiniz.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir