Atasız uşaqlar aqressiv olur

Baxış sayı: 1. 955
Kanadanın Mc Gil Universitetində aparılan araşdırmalar nəticəsində məlum olub ki, atasız böyüyən uşaqlar valideynləri ilə birlikdə böyüyən uşaqlardan dava aqressiv olurlar. Mütəxəssislər atası olmayan uşaqlarla, ata-anaları ilə birlikdə böyüyən uşaqların beyinlərini müqayisə ediblər. Araşdırmalar bitdikdən sonra məlum olub ki, atasız uşaqların beyinlərində sosial əlaqələri tənzimləyən hissədə pozuqluqlar əmələ gəlir. Yəni valideynlərindən uzaqda qalan uşaqlar davranışlarında anormallıq daha tez nəzərə çarpır. Belə uşaqlar valideynləri ilə birlikdə böyüyən uşaqlardan daha aqressiv olurlar. Mütəxəssislər atasız böyüyən qız uşaqlarının sinir sisteminin daha həssas olduğunu da bildiriblər. Belə uşaqlar böyüdükləri zaman çox aqressiv olurlar və ətrafdakılara zərər verməyə çalışırlar. Xüsusi ilə qız uşaqları spirtli içkilərə və narkotik maddələrə daha meylli olurlar.
Məlumat üçün bildirək ki, mütəxəssislər anasız böyüyən uşaqların heç vaxt özlərinə güvənmədiklərini və kökəlməyə meylli olduqlarını deyirlər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir