mobil telefon

Hamiləliyi mobil telefonla təyin etmək mümkün olacaq

Baxış sayı: 1. 446

Elm adamları laboratoriyada istifadə edilən səth plazma rezonansı texnologiyasını smartfonlarda tətbiq ediblər.

Alman alimlərinin hazırladığı texnologiya sayəsində smartfonlar vasitəsilə hamiləlik, diabet və zəhərlənmə kimi müxtəlif vəziyyətlər dərhal müəyyən ediləcək.

Almaniya Hannover Universiteti Optik Texnologiyalar Mərkəzindən olan elm adamları əsasən biomolekulyar sahədə istifadə olunan səth plazma rezonans sistemini (SPR – Surface Plasmon Resonance) smartfonlarda tətbiq edib. Elektron texnika olan SPR sistemi optik dəyişmə sayəsində bioloji qarşılıqlı təsirlərin hazırkı zamanda və yüksək doğruluq nisbəti ilə müəyyən edilməsini təmin edir.

Smartfonların kamera və flaşına bağlı və öz fiberoptik sensorları olan prototip telefona yüklənən bir proqramla çalışır və sensordan gələn məlumat dərhal ekranda görülə bilir.

Elm adamları mobil telefonların kamera və flaş işığından istifadə edərək hazırladıqları ilk nümunədə hədəf maddə olan qliserini uğurlu bir şəkildə aşkar edə biliblər.

Bu texnolgiyadan istifadə edilməyə başlandıqda hamiləlik, diabet və zəhərlənmə kimi müxtəlif vəziyyətlər dərhal mobil telefonda müəyyən edilə biləcək.

Gələcəkdə istifadəçilər smartfonlarına taxacaqları bir modulla özlərinə aid qan, sidik, tüpürcək və tər kimi mayeləri test edə biləcək və bunlarla bağlı məlumatları rəqəmsal olaraq yarada biləcəklər. Riskli hallarda nəticələr dərhal həkimə göndərilə biləcək. Həkim xəstəsi ilə görüşmədən nəticələri araşdırıb diaqnoz qoya biləcək.

Modulun GPS ilə inteqrasiyası təmin edilərək test nəticələrinə əsasən lazım gəldikdə telefon xəstəni ən yaxın aptek və ya xəstəxanaya yönləndirəcək və ya təcili yardım çağıracaq.

Kommersiya baxımından satışa çıxarılması biraz zaman ala bilər, amma bu məhsulun ortaya çıxması ilə xəstə müayinə üçün gün təyin etdirmədən bəzi məsələlərdə öz testlərini özü edə biləcək, hətta həkiminə göndərib xəstəxanaya belə getmədən həkiminə dərman yazdıra biləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir