boy-buxun, immunitet

Boy-buxununa baxmayın! Sən demə…

Baxış sayı: 2. 230

“Gencaile.az” xarici mətbuata istinadən xəbər verir ki, amerikalı alimlər bildirirlər ki, orqanizmində testosteronun miqdarı çox olan əzələli kişilərin, əslində, immuniteti çox zəifdir. Onlar təcrübə apararaq soyuqdəymə əleyhinə preparatların idmanla məşğul olan və əzələ kütləsini artırmaq üçün testosteron qəbul edən kişilərə, həmçinin onların elə də böyük idman uğurları olmayan yaşıdlarına və qadınlara necə təsir etdiyini öyrəniblər.

Məlum olub ki, soyuqdəymə əleyhinə dərmanın belə kişilərin bədəninə təsiri anticisimlərin təsirindən qat-qat az olur. Bu isə məhz testosteronun yüksək həddi ilə izah olunur. Çünki testosteronun da iltihab əleyhinə təsiri var və xəstəliklə olduğu kimi, ona qarşı dərmanla da mübarizə aparır.

Buna görə də əzələli kişilərin immuniteti daha zəif olur və digərlərindən fərqli olaraq qrip kimi viruslara daha tez yoluxurlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir