1f3393029ef1

Bu fotonu PAYLAŞMAYIN – Sosioloqdan çağırış

Baxış sayı: 1. 804

Ölkə iqtisadiyyatı ikinci devalvasiyadan sonra ağır dönəm keçirir. Ekspertlər devalvasiyanın üçüncü dəfə baş verəcəyini inkar etmir. Qiymətlər bahalaşır, kredit borcları qalxır, bəzi universitetlərdə illik haqqı dollarla ödənişə keçir və s… Qarşıdan yeni il gəlir, əhali daha da qorxuya düşür. Elə bu səbəbdən sosial şəbəkələrdə arzuolunmaz foto paylaşılır. Fotoda 2016-nın sonuncu 6 rəqəmi boğaz kəndirilə təsvir olunub, yəni “intihar mesajı” kimi ifadə edilib.

Sosioloq Cavid İmamoğlu bu paylaşıma görə, ciddi narahat olub. O, sözügedən fotonun paylaşımına kəskin etiraz edib.
C.İmamoğlunun sözlərinə görə, bu cür sonu düşünülməyən paylaşımlar intihar təqlidini artırır: “Dəyərli dostlar! Sizdən xahiş edirəm ki, 2016-cı təqvim ilə bağlı hazırlanan və rəqəmlərdən biri boğaz kəndiri olan (intihar mesajı) şəkillərin kütləvi paylaşılmasına mane olasınız (özünüz paylaşmayın, paylaşanları like etməyin və bu mesajı onlara çatdırın).”

Sosioloqun fikrincə, bu şəkili yayanlar bəlkə də, özləri də bilmədən növbəti intihara zəmin verirlər: “İntiharı araşdıran mütəxəssislər sosial medianın “copy cat” effekti haqda geniş araşdırmalar aparıblar. Bu cür sonu düşünülməyən paylaşımlar intihar təqlidini artırır. Biz bir-birimizin qayğısına qalmalı deyilikmi?! Nə üçün özümüz-özümüzə düşmən kəsilək?!”

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir