sevgi

Cütlüklərin qaçmalı olduğu ilişki xətaları – “EVLİSƏN”

Baxış sayı: 1. 426

Sevgi münasibəti qurmaq və ən əsası sonda bu ilişkini evliliklə nəticələndirmək nə qədər gözəl olsa da, heç də hər zaman sözügedən zaman kəsiyini bərabər addımlamaq asan olmur.  Bəzi gözlənilməz şanssızlıqlar, kənar  müdaxilələr və ən əsası cütlüklərin öz səhvləri münasibətlərdə problem yaradır. Bu dəfə “Gencaile.az” saytının “EvliSƏN” rubrikasında məhz cütlüklərin həmin səhvləri haqqında danışacağıq.

 

Hər şeyi axarına buraxın

Hər hansı bir yeni münasibət qurarkən edilə biləcək ən böyük səhv hadisələrin sürətlə inkişafına çalışmaqdır. Aşiq olduğunuz adamı tanımaq üçün özünüzə vaxt ayırın. Əgər özünüzə həmin vaxtı versəniz bəlkə də qarşı tərəfin indiyə qədər fərqinə varmadığınız özəlliklərini üzə çıxarmış olacaqsınız. Əgər ilişkinizin təbii inkişafına əngəl olan, onun sürətlənməsinə təkan verən proseslərə zəmin yaratmısınızsa, “ziyanın yarısından da qayıtmaq xeyirdir” məntiqi ilə hərəkət etməklə hər şeyi öz axarına buraxmağınızı tövsiyə edirik.

Her zaman sizin tavsiyelerinizi almasını beklemek Partnerinizle hayatınızda karşılaştığınız şeyleri konuşmak ve paylaşmak harikadır. Tavsiyelerde bulunabilmek de öyle. Ama eğer tavsiyenize uymuyorsa, bundan alınmamalısınız. Ä°kinizin farklı bireyler olduğunu ve olaylara / hayata farklı açılardan bakabileceğinizi asla aklınızdan çıkarmayın. Tavsiyeniz ona uymayabilir ve bunda hiçbir sakınca yoktur.

Bütün dünyanız o deyil

Əksər sevənlər vaxtaşırı bu səhvi edir. Söhbət sevdiyi adamı hər şeydən üstün tutmasından gedir. Bir növ qarşı tərəfi əvəzolunmaz varlıq kimi qəbul edir. Amma bu heç də düzgün deyil. Sevdiyiniz adamı ailənizdən, sevdiklərinizdən, dostlarınızdan və gündəlik həyatdakı hobbilərinizdən üstün tutmaq sonda sizə ancaq zərər vura bilər. Unutmayın ki, sevginiz uğrunda heçə saydığınız yaxın çevrənizə də ən az sevginiz və sevgiliniz qədər ehtiyacınız var. Hətta qarşı tərəfi dünyalar qədər sevsəniz və sevilsəniz belə…

Image result for qeybət

Sizin problem sizinlə qalsın

Əgər sevdiyiniz adam sizi əsəbləşdirəcək hər hansı bir hərəkət edibsə, bunu heç də hamı ilə bölüşmək lazım deyil. Düzdür, bu cür məsələləri kimlərləsə paylaşmaq sizi həmin an üçün rahatlaşdıra bilər, amma bu, sonrası üçün heç də yaxşı sonluq vəd etmir. Aranızdakı problem çözülsə belə, məsələnin yaxın çevrənizə deyilmiş olması əlaqələrinizə mənfi təsir edəcək.

Image result for ailədə kobudluq

Kobud olmayın

Siz sevgilinizin qohumlarını və ya dostlarını sevməyə məcbur deyilsiniz. Amma onlara kobud davranmağınız da məsləhət deyil. Hətta onların sizə münasibəti yaxşı olmasa da, sizin soyuqqanlı olmağınız, hadisələrə sərt reaksiya verməməyiniz daha yaxşı olar. Heç yaşananlardan sevgilinizə bəhs etməyiniz də doğru davranış olmaz. Əgər sevgilinizin yaxın çevrəsinin sizə olan münasibəti həqiqətən yaxşı deylsə, sevgilinizin bunu anlaması da uzun çəkməyəcək.

Related image

Yaxşıya  layiq olanlara pis münasibət göstərməyin

Adətən, ən pis xasiyyətlərimiz ən çox sevdiyimiz adamların yanında üzə çıxır. Aranızdakı möhkəm bağlar sizin “onsuz da məni tanıyır və ona qarşı etdiklərimdən inciməz” düşüncəsinə qapılmanıza səbəb olur ki, bu da ən böyük səhvlərdəndir. Ən azı ona görə ki, sizdən ən yaxşı münasibəti görməyə layiq olan adamlar elə sevdiyiniz şəxslərdir.

Image result for ailədə kobudluq

Bütün tövsiyələrinizi qəbul etməsini gözləməyin

Münasibətlərdə edilə bilən ən böyük xətalardan biri də bütün tövsiyələrinizin qarşı tərəfdən qəbul olunmasını gözləməkdir. Həyat təcrübənizi bölüçmək nə qədər yaxşıdırsa, sevdiyiniz şəxsə məsləhətlər verməyiniz də o qədər anlaşılandır, ancaq bütün məsləhətlərinizin normal qarşılanmasını gözləmək yersizidir. Qarşı tərəfin hadisələrə, həyata baxışı fərqli ola bilər ki, bu da heç də bütün məsləhətlərinizə əməl olunmamasını şərtləndirəcək.

 

 

Hazırladı: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir