qrip

Donuz qripindən qorunmağın yolları

Baxış sayı: 1. 422

Həkimlər Donuz qripindən o qədər qorxmaq lazım olmadığını, bu qripdən qorunmağın yollarını açıqlamışlar. Bunun üçün immunitet sisteminin gücləndirilməsi ən önəmli meyarlardandır. Bu xəstəliyə qarşı, zəncəfilli çay, bal və limonlu çay içmək və C vitamini ilə zəngin qidalardan daha çox istifadə etmək lazımdır. Eyni zamanda həkimlər hərarət 38 dərəcəyə çatarsa təcili olaraq həkimə müraciət edilməli olduğunu vurğulayırlar. Eyni zamanda çox adam olan yerlərdən mümkün qədər uzaq olmaq və immunitet sistemini gücləndirmək lazımdır.  İmmunitet sistemini gücləndirmək üçün zəncəfilli və limonlu çay ən yaxşı üsullardandır. Zəncəfilli və limonlu çayın hazırlanması qaydasını təqdim edirik.

Lazım olanlar:

1 ç/qaşığı zəncəfil kökü

1 dilim limon

1 stəkan su

1 ç/qaşığı bal

Hazırlanması: İsti suya zəcəfil kökü(üyüdülmüş) və limonu əlavə edərək dəmlənməsini gözləyin. Daha sonra bal əlavə edərək içə bilərsiniz.

Bu çay həm immunitet sistemini güclədirir, həm qrip virusundan qoruyur eyni zamanda da arıqlamaqda çox faydalıdır. Mütəmadi olaraq bu çaydan içərək özünüzü daha gümrah və sağlam hiss edəcəksiniz.  Zəncəfilin tərkibindəki B, C və A vitamini bütün orqanizmə faydalıdır. Zəncəfilin vəba xəstəliyindən qorunmaqda təsirinin olduğu da məlum olmuşdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir