kosmetika

Qadınlar kosmetikaya nə qədər pul xərcləyir?

Baxış sayı: 1. 490

Dünyada orta hesabla bir xanım həyatı boyunca kosmetika üçün 15 min dollar xərcləyir. Nə qədər qəribə olsa da Səduiyyə Ərəbistanında yaşayan qadın orta hesabla kosmetikaya ildə 3200 dollar xərcləyir. Bu bir səudiyyəli xanım üçün ömürü boyunca 130 min dollardan artıq xərc deməkdir və dünya üzrə orta göstəricidən 9 dəfə çoxdur. Başqa bir qəribəlik Böyük Britaniya ilə bağlıdır. İngilis xanımlar kosmetika üçün 203 min dollar ayırmaqla ən xərcli qadınlar siyahısındadır. İl ərzində kosmetikaya 280 milyon dollar xərcləyən bütün Azərbaycan xanımları da bəzənməyə çox pul sərf edənlərdəndir.Yalnız Amerika Birləşmiş Ştatlarında kosmetika sənayesinin illik gəliri 62.5 milyard dollardır. Bu dünya kosmetika sənayesinin 33.8 faizi deməkdir. Dünya kitab sənayesinin illik gəliri isə cəmi 7 milyard dollardır. Yəni, kitab sənayesinin gəlirləri kosmetika sektorunun qazancından 27 dəfə azdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir