payiz

Fəsil dəyişərkən yaranan depressiyadan necə azad olmalı?

Baxış sayı: 136

Bəzən yağışlı hava şəraitinin gəlişinə hazır olmaq çətin olur. Hər kəs yay fəslinin bitməsi səbəbindən keçirdiyi stresin müxtəlif üsullarla öhdəsindən gəlməyə çalışır. Kimisi bir fincan kofe, kimisi ədyala bürünməklə, kimisi isə sevdiyi filmə baxmaqla depressiyadan qurtulmağa can atır. Orqanizmdə vitamin çatışmazlığı , fiziki aktivliyin aşağı düşməsi insanın ümumi əhval – ruhiyyəsinə təsir edir. Qəmli fikirlərdən uzaq durmaq üçün qadınlar mağazalara qaçırlar. Daha bir ənənəvi üsul artıq qida qəbuludur. Yemək yeyən  zaman “həzz hormonu” ifraz olunur və bu zaman insan özünü xoşbəxt hiss edir. Lakin bir anlığa xoşbəxtliyin ardından yarana biləcək  problemləri unuduruq.

payiz

İçində olduğunuz bu vəziyyətdən özünüzü xilas etmək üçün mütəxəssislər bir neçə şərtə əməl etməyi vacib sayırlar.

İlk olaraq həyata baxış bucağınızı dəyişməlisiniz və özünüzün həkimi olmalısınız. Davamlı olaraq mənfiliklər üzərində qurduğunuz bir həyat müəyyən müddət sonra sizi depressiyaya sürükləyəcək. Payız depressiyasından qurtulmağın ən təsirli yolu da elə müsbət düşünməyə köklənməkdir. Təbiətin bir parçası olduğunu fikirləşmək və mövsüm dəyişiklikliyinə daha normal yanaşmaq depressiyadan xilas olmağınıza kömək edəcək.

Payız depressiyasından qurtulmağın ikinci vacib yolu qidalanmağınıza diqqət yetirməkdir. Meyvə və tərəvəzlərdən bol-bol istifadə etməklə orqanizminizi həm minerallarla, həm də vitaminlərlə zənginləşdirə bilərsiniz.

Nizamlı şəkildə idmanla məşğul olmaq da depressiyanın qarşısını alır. Belə ki, məşq qandakı zərərli maddələrin xaric olunmasına və özünüzü daha gümrah hiss etməyinizə şərait yaradar. Əgər ciddi rejimlə çalışırsınızsa və məşqə zaman tapmırsınızsa, avtobusla gedəcəyiniz yolu piyada gedərək buna nail ola bilərsiniz.

Suyun bədənimizə və psixologiyamıza müsbət təsirləri artıq sübut olunub. Bu səbəbdən payız fəslində hər gün mütləq şəkildə çimməyiniz məsləhətdir.

Yeni mühitdə olmağa çalışın, köhnə dostlarınızdan bir müddət uzaqlaşıb fərqli insanlarla ünsiyyət qurun. Bundan əlavə pessimst ruhlu insanlardan uzaq durun.

payiz




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir