qaynana-gelin

Gəlinlər və qayınanalar bir-biriləri ilə necə davranmalıdırlar?

Baxış sayı: 337

Başlıqdakı bu sözlərlə demək olar ki, bütün gəlin və qayınanalar bir-birilərinə müraciət edirlər. Ancaq bunu səmimiyyətlə ifadə edən nə qədər gəlin və ya qayınana var? Elə isə gəlinlər və qayınanalar bir-biriləri ilə necə davranmalıdırlar? Gəlin bu sualın cavabını bir yerdə axtarmağa çalışaq…

qaynana-gelin

Gəlinlər necə davranmalıdırlar?

* Qayınananızı ananızdan ayırmayın. Ananızla mübahisə etdikdən sonra onun könlünü necə alırsınızsa, qayınananızın da könlünü elə alın.

* Onun pis hərəkətlərini görməməzliyə vurun, yaxşı hərəkətlərini isə hamıya danışın.

* Qayınananıza sevginizi ifadə etməkdən çəkinməyin.

* Özünüzün də bir gün qayınana olacağınızı unutmayın.

* Aradakı nəsil fərqini nəzərə alaraq anlaşılmazlıqları səmimi qarşılamağa çalışın.

* Bayramlarda, əlamətdar günlərdä qayınananızı ziyarət edin, əgər bu mümkün deyilsə, zəng edin.

* Həyat yoldaşınızın ata-anasını tez-tez görməsindən narahat olmayın. Unutmayın ki, siz də ananızı o qədər sevirsiniz.

QAYNANA

Qayınanalar necə davranmalıdırlar?

* Gəlininizi qızınızdan ayırmayın. Özünüzün də bir vaxtlar gəlin olduğunuzu və yaşadığınız problemləri xatırlayın.

* Gəlininizə sevginizi ifadə etməkdən çəkinməyin.

* Gəlininizə səhvlərini, çatışmazlıqlarını qəlbinə dəymədən söyləməyə çalışın, yaxşı hərəkətlərini isə hamıya danışın.

* Gəlininizin gördüyü hər işə müdaxilə etməyin, bəzən sizin istədiklərinizi etməsə belə, bunu səmimi qarşılamağa çalışın.

* Gəlininizin qohumları ilə görüşməsindən narahat olmayın. Sizi tez-tez görməyə gələn qızınızı xatırlayın.

* Siz gəlininizlə nə qədər xoş davransanız, oğlunuzun da yuvası bir o qədər möhkəm olar.

* Bəzən gəlininizin də öz uşaqlarınız kimi şıltaqlıq edə biləcəyini unutmayın.

 

 

Aydan Kərimli

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir