derman

Hansı dərman koronavirusun fəsadlarını azalda bilər?

Baxış sayı: 143

İngiltərənin Oksford Universitetində COVID-19-un erkən simptom diaqnozu ilə bağlı aparılan araşdırmanın nəticələrinə görə, astma dərmanının istifadəsi koronavirus üzərində təsirli ola bilər. Digər tərəfdən, xəstəliyin ağırlaşma riskini də azaltdığı təsbit edilib.

Professor Mona Bafadhel və həmkarları koronavirus xəstəliyinin erkən dönəmində olan 146 nəfər üzərində araşdırma aparıb. Qrupun yarısı astma dərmanı ilə müalicə edilib, digər yarısına isə standart koronavirus müalicəsi yazılıb. Astma dərmanı ilə müalicə olunan qrupun COVID-19 simptomlarına qarşı daha sürətli nəticələr verdiyi məlum olub. Bafadhel bildirib ki, fövqəladə hallarda istifadə ediləcək dərman olmadığından, araşdırma gələcəyə dair böyük ümidlər vəd edir.

“Vaksinasiyanın aparılması müsbət haldır, lakin hazırda ağırlaşmalara mane olacaq dərman yoxdur. Steroid kimi nisbətən təhlükəsiz, geniş yayılmış və yaxşı öyrənilmiş bir dərmanın təsirli ola biləcəyinə ümid edirik”, – ekspert qeyd edib.

Şimali Bristol Ağciyər Mərkəzi və Bristol Universitetinin baş müəllimi Ceyms Dod isə fikirlərini belə ifadə edib:

“Yaşlı qruplar da daxil olmaqla daha böyük bir tədqiqatda bu effektivlik səviyyəsi artarsa, COVID-19 diaqnozu qoyulmuş xəstələr üçün olduqca ümidverici, ucuz və təhlükəsiz dərman olacaq”. (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir