makaronlu noxud sorbasi

“İftar süfrəsi” – 5-ci gün

Baxış sayı: 202

“Gencaile.az” saytı Ramazan ayının ilk günündən start verdiyi “İftar menyusu” rubrikasını davam etdirir. Bu gün sizə doyumlu və gün ərzində tox saxlayan ləziz makaronlu noxud şorbasını hazırlamağı tövsiyə edirik.

 

Lazım olan ərzaqlar:

4 yemək qaşığı zeytun yağı

1 ədəd soğan

1 ədəd yerkökü

2 kərəviz sapı

2 diş sarımsaq

3 ədəd pomidor

6 stəkan su

1 stəkan qaynadılmış noxud

Yarım paket yumru makaron

Duz, istiot

 

Hazırlanması:

Soğanı doğrayıb zeytun yağında qızarana qədər qovurun. Doğranmış kərəviz, sarımsaq, pomidor və yerkökünü yağ-soğana əlavə edib 3 dəqiqə qızardın. Üzərinə isti su töküb 25-30 dəqiqə zəif odda bişirin. Makaron və qaynadılmış noxudu da əlavə edib makaron yumşalana qədər bişirin. Zövqə görə duz, istiot da əlavə edib isti-isti süfrəyə verə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir