KEKOTU CAYI

Kəklikotu çayı hansı xəstəliklərə xeyirdir?

Baxış sayı: 151

Soyuqdəymə zamanı müalicəvi məqsədlərlə istifadə olunan dəmləmələrdən biri də kəklikotu çayıdır. Kəklikotu tarixi çox qədim olan bitkidir və ondan dərman kimi istifadə hələ IV-V əsrlərə gedib çıxır.

O zaman yerli sakinlər bilirdilər ki, bu bitkinin soyuqdəymə, bağırsaq xəstəliklərində faydası çoxdur. Müasir elmə kəklikotunun 400-ə qədər növü məlumdur.

İmmun sistemini gücləndirən kəklikotu çayı qrip və soyuqdəymə ilə mübarizədə kömək edir. Soyuqdəymə xəstəliklərinin ilk simptomlarında kəklikotu çayı insanın səhhətinə, əhvalına müsbət edir, xəstəliyin inkişafını dayandırır.

Kəklikotu çayını dəmləmək üçün 1 çay qaşığı quru kəklikotu 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və adi çay kimi içilir. Çaya bal, limon əlavə etmək olar. Kəklikotunu adi çay dəmləyərkən dad üçün əlavə edirlər ki, bunun da faydası var.

Kəklikotunun sağlamlığımıza xeyri çoxdur. Bu bitkinin köməyilə spazmla bağlı olan ağrılar, baş ağrısı, qarın ağrısını azaltmaq və ya tam yox etmək mümkündür.

Eləcə də, kəklikotu güclü antiseptik və antibakterial təsirə malikdir. Bu səbəbdən kəklikotu dəmləmələri ağız boşluğu iltihabları, tonzillit zamanı qarqara üçün istifadə olunur.

Dəmləməsilə yanaşı yağının da faydalarını saymaqla bitməz. Kəklikotu yağı güclü yarasağaldan xüsusiyyətlərə malikdir. Yanıqlar, xoralar, donvurma zamanı kəklikotu yağının istifadəsi müalicəvi təsir edir.

Ekzema, psoriaz kimi dəri xəstəlikləri zamanı kəklikotu ilə müalicəvi vannalar çox yaxşı effekt verir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir