yemeye ne var

Kök salatı belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 445

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə kök salatının hazırlanma qaydasını təqdim edirik.

 

Lazım olan ərzaqlar

4 ədəd kök

2 yemək qaşığı fıstiq

2 yemək qaşığı üzüm qurusu

1 ədəd portağal suyu

1 ədəd limon suyu

3 yemək qaşığı zeytun yağı

duz

istiot

Üzəri üçün

2 yemək qaşığı qarğadalı konservi

cəfəri

KOK SALATI

Hazırlanma qaydası

Kökləri təmizləyib, yuyun. Suyunu sildikdən sonra kökləri rəndələyin. Fıstıqların içini təmizləyin. Quru üzümü də təmizləyib təmiz yuyun. Suyunu çəkməyə qoyun. Fıstığı quru üzümlə birlikdə qarışdırıp qaba yığın. Portağalı və limonu da yuyub suyunu silin. Sonra limon və portağalın suyunu sıxın. Portağal və limon suyunu zeytun yağı, duz və istiotla qarışdırın. Hazırladığınız sosu kök salatının üzərinə gəzdirin və soyuducuda 1 saat gözlədin. Qarğadalı və cəfəri ilə bəzəyərək servis edin.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir