agiz qoxusu

Kəskin ağız qoxusu zamanı hansı həkimə müraciət etməli?

Baxış sayı: 398

Dünya əhalisi arasında bu və ya digər səbəblərdən ağızda pis qoxuya- halitoza çox rast gəlinir. Müxtəlif xoşagəlməz qoxular müxtəlif daxili orqanların işində nasazlıqları göstərə bilər. Ağız qoxusu hansı xəstəliklərdən xəbər verə bilər? Bu barədə “Rossiya 1” telekanalının “Ən vacibi haqqında” verilişində rusiyalı qastroenteroloq, tibb elmləri doktoru Fyodor Çernousov bildirib. Həkimin fikrincə, turştəhər qoxu mədə problemlərini göstərə bilər. Bu, qastrit, mədə xorası, həmçinin mədə ilə yemək borusu arasındakı qapağın natamam bağlanması ola bilər.

Çürük balıq iyi verən nəfəs diş problemlərinin əlaməti ola bilər.

“Əgər stomotoloqa nadir hallarda müraciət edirsinizsə və irəliləmiş kariyes varsa, o zaman ağızda kəskin qoxu və xoşagəlməz çürük dadı ola bilər”, – ekspertlər bildiriblər.

Mütəxəssislər onu da əlavə ediblər ki, diş əti problemləri diqqətdən kənarda qalmamalıdır.

Çürük yumurta qoxusu ən çox yemək qida borusunda durğunlaşdıqda yaranır.

Ammonyak qoxusu qaraciyər sirrozu, böyrək xəstəlikləri və diabet xəstəliyinin əlaməti ola bilər.

“Əgər hansısa xoşagəlməz qoxu varsa, o zaman ilk iş stomatoloqa müraciət etməkdir. Əgər heç bir stomatoloji problem qeydə alınmazsa , LOR-a müraciət edin, çünki bu, boğaz ağrısı, sinusit ola bilər. Bu barədə də vəziyyət yaxşıdırsa qastroenteroloqa getməyiniz məsləhətdir”- deyə Fyodor Çernousov bildirib.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir