market

Marketdə alış-veriş edərkən diqqət etməli olduğumuz məqamlar

Baxış sayı: 716

Marketlərdə alış-veriş edərək adətən bizə lazım olmayan məhsulları da ala bilərik. Bu ya endirimin olduğu zamanlarda, ya da məhsulun yeni çeşidinin gəldiyini görərkən baş verir. Amma biz həm evimizə lazım olan ərzaqları ala, həm də pula qənaət edə bilərik. Bəs bunu necə edək?

Beləliklə, Türkiyə mətbuatına istinadən marketdə alış-verişi edərkən diqqət etməli olduğumuz məqamları təqdim edirik:

 

Özünüz edin!

Evdə yemək bişirmək bu işin başlanğıcıdır.  Aldığınız məhsulların evdə nə qədər asanlıqla hazırlana biləcəyini görmək, özünüzü inkişaf etdirməkdə sizə yardımçı olacaq. Dondurulmuş qidaları saxlamağı sevirsinizsə, mövsümi meyvə və tərəvəzləri yuya, torbaya qoyub dondura bilərsiniz.  İnternet sizə mətbəxdə edə biləcəyiniz hər şey üçün sonsuz bir məlumat qaynağı olacaq.

 

Xüsusi və sadə saxlayın!

Ailənizin pəhriz vərdişlərinə və seçimlərinə uyğun ucuz məhsulların siyahısını hazırlayın. Mümkün qədər qablaşdırılmış və konservləşdirilmiş qidalardan çəkinin. Təzə tərəvəz və meyvələr həmişə daha ləzzətli olur və sizin üçün daha ucuz başa gəlir.

 

Fərqli bazarları sınayın!

Həmişə eyni yerdən alış-veriş edirsiniz? Bu obsesif vəziyyət yaxınlıqdakı bir çox fürsəti əldən verməyinizə səbəb ola bilər. Fərqli yerlərdə fərqli endirimləri izlənmək büdcənizə xeyli qənaət edə bilər. Endirimlər və kampaniyalar xaricində eyni məhsulun hər bazarda fərqli qiymətlərə satıla biləcəyini görmək sizi təəccübləndirəcək, eyni zamanda düzgün seçim etməyinizə imkan verəcək.

 

Az gedin!

Sadə bir təklif kimi görünə bilər, ancaq bazara səfərlərinizi azaltmaq çox faydalı olacaq. Həftəlik alış-veriş kifayət edə bilər. Gündəlik ehtiyaclarınız üçün və ya çatışmayan əşyaları tamamlamaq üçün ziyarət edərkən özünüzlə alacaqlarınızın siyahısını tutun. Orada yazılmamış bir şey almamağa diqqət edin.

Topdan alış-veriş edin!

Ay ərzində istifadə edəcəyiniz – un, makaron və kartof kimi məhsulları mümkün qədər toplu şəkildə alın və hətta bu cür alış-verişləri yaxın dostlarınız və ya qonşularınızla bölüşə bilərsiniz. Topdan alış-veriş qiymətləri həmişə aşağı olur.

 

Yerli məhsullar alın!

Yaşadığınız ərazidə təbii ərzaqlar satan bazarlar varsa, şübhəsiz ki, onları seçməlisiniz.

 

Asta bişən yeməklərə üstünlük verin!

Yavaş bişmiş yeməklər – şorba, düyü, bütöv toyuq kimi – həm doyumlu, həm də ucuz olur. Üstəlik qalanını soyuducuda saxlamaq sağlamlıq üçün zərərli olmur.

 

Yemək planlaşması edin!

Planlar üzrə hərəkət etmək hər zaman faydalıdır. Öncədən nələr bişirəcəyinizi planlaşdıraraq alış-verişə getsəniz, bu sizin əlavə qidalar almamağınıza kömək etmiş olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir