maska

Maska koronavirusa yoluxma riskini nə qədər azaldır?

Baxış sayı: 173

Dünyada COVID-19 səbəbi ilə 5 milyondan çox insan həyatını itirib. Buna baxmayaraq, dünya əhalisinin yalnız 41 faizi peyvənd olunub. Dünyada hələ də peyvəndin çatmadığı bölgələrin olduğunu nəzərə alsaq, pandemiyanın hələ uzun müddət davam edəcəyini deyə bilərik.

COVID-19-a qarşı gigiyena, sosial məsafə və maska ən effektiv qorunma vasitələridir.

Bəs, maska koronavirusa yoluxma riskini nə qədər azaldır?

Avstraliya, Yeni Zelandiya, İngiltərə və Çinin səhiyyə mütəxəssislərinin apardığı yeni araşdırma, maska taxmağın koronavirusun yayılma sürətini əhəmiyyətli dərəcədə azalda biləcəyi müəyyən edilib.

Hətta “British Medical” elmi jurnalındakı məqalədə maskanın virusun yoluxma ehtimalını 53 faiz azaltdığı da qeyd edilib.

Bununla yanaşı, tədqiqatçılar sosial məsafə saxlanılmasının da COVID-19-un yayılmasını 25 faiz azaltdığını qeyd ediblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir