uşaqlar oyuncaqlar

Necə edək ki, uşağıımız “acgöz” olmasın?

Baxış sayı: 902

Uşağınıza hər istədiyini alırsınızmı? Eviniz oyuncaqlarla doludurmu? Artıq aldıqlarınızı bəyənmirmi?

Hər istədiyini əldə edən uşaq bir qədər sonra heç bir şeylə kifayətlənmir. Həmişə nə isə istəyir. Ancaq istədiyini əldə edəndə də sevinmir. Əlindəkilərlə də çox pis rəftar edir. Çünki bilir ki, yenisi alınacaq. Uşaqlarınızın kiçik şeylərlə sevinməsini və ya əlindəkilərlə kifayətlənməsini istəyirsinizsə, artıq aldıqlarınıza sərhəd qoymağa başlayın.

Ailem jurnali adlı şəxsin şəkli.

Təbii ki, əvvəlcə uşağınız bunu qəbul etmək istəməyəcək və bu da bir valideyn kimi sizin üçün yeni problemlərə səbəb olacaq. Ancaq nə olur-olsun güzəştə getməyin. Aldıqlarınıza sərhəd qoymaqla yanaşı, evdə olan oyuncaqları da ara-sıra dəyişdirin. Məsələn, bir oyuncağı götürüb 12 ay sonra yenidən üzə çıxarmaq kimi… Beləliklə, zaman keçdikcə uşağınız əlindəkilərlə kifayətlənməyi öyrənəcək.

OYUNCAQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir