aksessuar

Obrazı zəngin göstərən mirvari dəbi

Baxış sayı: 211

Mirvari şübhəsiz ki, istənilən geyim üçün gözəl aksesuardır. Ancaq bu qədər sadə və neytral görünməsinə baxmayın! Yaşlı görünmək istəmirsinizsə, onunla ehtiyatlı davranmalı və aktrisa Odri Hepbernin məşhur stilini təkrarlamamalısınız.

Beləliklə, sizi bu zərif aksessuarı düzgün istifadə etməyin qaydaları ilə tanış edirik.

Elə hallar olur ki, hər hansı mərasim və tədbirə hazırlaşamaq çox vaxt aparır, saatlarla ayna qarşısında fırlansan da, hiss edirsən ki, nəsə çatmır. Əlbəttə, çatışmayan dedikdə, detal bəzək və zinət əşyalarını nəzərədə tuturuq. Bəs obrazı zənginləşdirmək üçün nə etməli? Mirvarilər köməyə bilər.

Klassika həmişə klassikadır, buna şübhə yoxdur. Lakin siz mirvarini başqa cür istifadə edə bilərsiniz. Qeyri-adi variantlar çoxdur. Məsələn, mirvari və ametist qoşa boyunbağı. Paris Hiltonda bunun oxşarı var idi və o, “Hepburn” versiyasından daha estetik görünür. Ən önəmlisi isə sizi olduğunuzdan daha yaşlı göstərmir. Bir sıra – formasız muncuqlar və ən şirin gülüş işarəsi, qalanlar isə çox rəngli ulduzlardır. Belə aksesuar sizi orta məktəb müəlliminə deyil, xəyalpərəst xanıma çevirəcək.

Yeri gəlmişkən, mirvari qızılla çox effektiv görünür. Qven Stefani burada dörd sıra boyunbağı taxıb, hər biri fərqli görünür və heç də sərt deyil, əksinə, cəsarətli və cəlbedicidir.

Cəsarətli dəb təcrübələrinə hələ hazır deyilsinizsə, minimalist dizaynda mirvarilərlə tanışlığa başlayın. Dünyanın bütün mirvarilərini taxmaq lazım deyil. Şirin görünən mirvari üzük və ya sırğalara nəzər salın. Kiçik olsa da, belə daş obrazı mükəmməl şəkildə tamamlayacaq.

aksesuar 2

aksesuar 3

aksesuar 5

aksessuar 2

aksessuar 4

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir