AKSESSUAR

Aksessuarlarda hansı detal payızın əsas trendinə çevrilir?

Baxış sayı: 379

Bir obraz üçün zərgərlik əşyalarının əhəmiyyətini lazımınca qiymətləndirməmək açıq-aydın məğlubiyyət taktikasıdır. Vurğuların düzgün yerləşdirilməsinin vacibliyi haqqında artıq sonsuz sayda deyilib və yazılıb, lakin mövzu ilə bağlı daha bir məqamı diqqətinizə çatdırmaq istəyirik. Bəzək əşyaları bütün obrazlara xüsusi əhval-ruhiyyə gətirir. Sadə bir sviter ilə cins şalvarı belə sehrli şəkildə dəyişə bilərlər. Bu dəstə sırğalar, ya böyük zəncirlər əlavə edin və bütün görünüşünüz parıldayacaq. Amma bunun üçün düzgün zinət əşyaları seçməyi bacarmaq lazımdır, həm nəzərə çarpmalı, həm də görünüşünüzü ahəngdar göstərməlidir.

Bu gün biz bu vəzifələrin öhdəsindən gələ bilmək üçün hər cür şansı olan yeni bir təzə zərgərlik tendensiyası təklif etmək istəyirik. Söhbət top şəklində olan bəzəklərdən gedir. Biz oxşar zərgərlik nümunələrini və imitasiyalarını “Balmain”, “Versace”,”Vivienne Westwood” və “Bottega Veneta” kimi brendlərin payız-qış kolleksiyalarında gördük. Bu, bizə babbl adlanan böyük mirvariləri və muncuqları mövsümün əsas və ən maraqlı zərgərlik trendlərindən biri adlandırmağa imkan verir. Formasından asılı olaraq, ya iddialı, ya dəbdəbəli, ya da bahalı görünə bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir